AXCP-də yeni istefa dalğası – RAMİZ HÜSEYNOV YAZIR

555

Azərbaycan Respublikası təkcə 44 günlük Vətən müharibəsində tarixi Zəfər əldə edərək qalib dövlət imici qazanmaqla kifayətlənməyib, eyni zamanda ölkəmizdə demokratik, hüquqi dövlətin tam formalaşdırılması istiqamətində də irəliyə doğru qətiyyətli addımlar atır. Azad mətbuat, söz və vicdan azadlığı, çoxpartiyalı siyasi sistem – bütün bunlar ölkəmizdə formalaşmış demokratik mühitin ayrılmaz atributlarıdır. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası demokratiya yolu ilə qətiyyətlə addımlayır. Bu, bugün də belədir, gələcək illərdə də belə olacaqdır. Müasir dövrdə Azərbaycan Respublikası dinamik inkişaf edən ölkəyə çevrilmiş, beynəlxalq aləmdə etibarlı tərəfdaş imici qazanmışdır. Ölkə Prezidenti İlham Əliyevin elmi cəhətdən əsaslandırılmış inkişaf strategiyası nəticəsində Azərbaycan Cənubi Qafqaz regionunun sürətli inkişafa malik güclü dövlətinə çevrilmişdir. Tariximizin ən müasir mərhələsi haqlı olaraq Prezident İlham Əliyevin yüksək səviyyəli fəaliyyəti və ölkəmiz adına qazanılan böyük nailiyyət illəri kimi qəbul olunmuşdur. Prezident İlham Əliyevin strateji hədəfi Ulu Öndər Heydər Əliyevin müdrik siyasətindən və zəngin təcrübəsindən bəhrələnməklə Azərbaycanı inkişaf etdirmək, Azərbaycan vətəndaşlarının rifah halını qaldırmaq, ölkəni yalnız irəli, yeni uğurlara doğru aparmaqdır. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycanın şanlı tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olmuşdur. Ölkə hakimiyyətinin ali məqsədi Azərbaycanda demokratik cəmiyyətin, hüquqi dövlətin tam bərqərar olmasıdır.

Lakin çox təəssüflər olsun ki, özünü müxalifət adlandıran bəzi qüvvələr ölkəmizin qazandığı uğurları görməzdən gələrək və xarici təşkilatlardan bol-bol qrantlar alaraq dövlətimizə qarşı pozuculuq fəaliyyəti ilə məşğul olurlar. Əlbətdə dövlətinin və xalqının milli maraqlarını üç-beş manata qurban verənlərdən artıq nəsə gözləməyə də dəyməz. Müdrik xalqımız belələrini tam haqlı olaraq antimmilli ünsürlər adlandırır. Müasir Azərbaycanda belə antimmilli ünsürlərin önündə AXCP dayanır. Hər bir vətənpərvər Azərbaycan vətəndaşı AXCP-nin son dövrlərdəki “fəaliyyətlərini” şiddətlə qınayır. Hətta iş o yerə çatıb ki, AXCP-nin sıravi üzvləri də görür və hiss edirlər ki, üzv olduqları partiya Əli Kərimlinin şəxsi maraqlarının reallaşdırılması meydanına çevrilib. Elə bunun nəticəsidir ki, AXCP-də yeni istefa dalğası başlayıb. Əli Kərimlinin avtoritar idarəçiliyinə və sonuncu “qurultay” şousunun nəticələrinə etiraz edən şəxslər partiya sıralarını tərk etməyə başlayıblar. Həmin şəxslər artıq şəxsi maraqlara xidmət edən və antimilli mövqe tutan bir “partiyaya” üzv olmaq istəmirlər.

Partiya daxilindən sızdırılan və sosial şəbəkələrdə yayılan məlumatlara əsasən demək olar ki, istefalar dalğası davamlı xarakter daşıyacaq və siyasi partiyaların reyestrindən keçmək üçün Əli Kərimlinin verdiyi siyahıdakı 5004 nəfər azalaraq 5000-in altına düşəcək. Ən dəhşətlisi isə odur ki, AXCP-dən istefa verənlər Əli Kərimlinin tapşırığı ilə sosial şəbəkələrdə təhqir olunurlar. Bütün bunlar AXCP-nin və onun “rəhbərinin” bütün mənəvi normaları heçə saydığının bariz göstəricisidir.

Ramiz Hüseynov
YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər