Heç şübhəsiz ki, regional və qlobal nəticələri, bölgədə bundan sonra cərəyan edəcək proseslərə təsiri etibariylə Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi zəfərin müxtəlif yönləri üzərində çox durulacaq, yazılıb-çiziləcəkdir. Atəşkəsin ardıcıl şəkildə pozulması, Erməni dövlət adamlarının “yeni müharibə yeni ərazilər deməkdir”, “Qarabağ Ermənistandır” kimi militarist çıxışlarından sonra Tovuzda yaşanan hadisələr, general Polat Həşimovun şəhid edilməsi dövlət və millət olaraq olaraq Azərbaycanın səbr kasasını daşırmış, sülh müzakirələrində heç bir halda konstruktiv mövqe sərgiləməyən Ermənistanın ancaq gücdən anlayacağı, müharibənin artıq qaçınılmaz olduğu açıq bir şəkildə ortaya çıxmışdır. 27 Sentyabrda Qarabağ cəbhəsində Ermənilərin yeni bir atəşkəs pozması hadisəsindən sonra Azərbaycan dövlətinin təhlükəsizlik bürokratiyasının başındakı isimlər Ali Baş Komandan tərəfindən təcili iclasa çağrılmış, müzakirələrdən sonra genişmiqyaslı hücum, yəni işğal altındakı torpaqların azad edilməsi üçün çoxdan gözlənən savaş əmri verilmişdir. Ali Baş Komandan İlham Əliyev müharibə sonrasında da ifadə etdiyi kimi bütün xarici təzyiqlər qarşısında mətanətlə durması, müxtəlif ölkələrin televizya kanallarında intensiv şəkildə etdiyi çıxışlarla Erməni yalanlarını ifşa edərək əsl həqiqətləri sərrast bir şəkildə dünyaya çatdırması, diplomatik zəkası, Türkiyə ilə qardaşlıq tellərinin daha da möhkəmləndərək regionda yeni bir güc balansı yaratması etibariylə də Azərbaycan tarixinə Qarabağı azad etmiş müzəffər bir lider kimi adını yazdırmışdır.
25 noyabr tarixində Bakıda “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirildi. Prezident İlham Əliyev konfransda çıxışını geosiyasət, təhlükəsizlik və iqtisadiyyat nöqteyi-nəzərdən əhatələyib. O, vurğulayıb ki,istənilən geniş miqyaslı layihənin icrası üçün önəmli elemetlərdən biri sabitlikdir. Azərbaycanın beynəlxalq arenada oynadı rolda həmçinin bizim daxili siyasətimiz sayəsində mümkün olmuşdur.
İlham Əliyev çıxışı zamanı işğaldan azad edilmiş ərazilərdə şəhər və kəndlər smart texnologiya platformasına əsaslanaraq tikildiyini söyləyib. “Ağıllı şəhər” və “ağıllı kənd” layihələri çox geniş anlayışlardır. Bu layihələr nisbətən böyük layihələrdir. Ümumi olaraq bir şəhərin yaradılmasında ağıllı infrastrukturu və texnologiyadan istifadəni nəzərdə tutur. Burda həm kommunikasiya vasitələrinin qurulması, həm kanalizasiya və elektrik xətlərinin çəkilməsi, həm də su boruları, yol-nəqliyyat infrastrukturunun qurulması ağıllı texnoloji əsaslarla qurulmalıdır”.Burada həm təhsil sisteminin, həm səhiyyənin, həm də nəqliyyat infrastrukturunun ağıllı olmasından söhbət gedir. Bir şəhəri və ya kəndi sıfırdan “ağıllı” etmək daha asan başa gəlir və məqsədə uyğundur. Burda infrastruktur sıfırdan salındığı üçün hər şeydə texnoloji qaydalara əməl edilən bir şəhər ortaya çıxır. Bu, təkcə insanların rahatlığı üçün yox, həm də turist axını baxımından bizə çox böyük dəstək ola bilər. Ağalıda ilk kənd artıq məskunlaşdırılıb. Oraya gedən hər kəs Qarabağın yenidən qurulması modelinin necə olacağını görə bilər. Çünki bu, təkcə 30 il ərzində erməni işğalından əziyyət çəkmiş, layiqli həyat yaşamağa, tam qorunmağa layiq keçmiş məcburi köçkünlər qarşısında bizim mənəvi borcumuzun bir növ nümayişi olmamalıdır, həmçinin biz Qarabağın və Zəngəzurun yenidən qurulmasını bütün ölkə üçün nümunə hesab edirik.
Daha sonra bildirilib ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda müəyyən illüziya yaranıb ki, onlar bizimlə Qarabağla bağlı danışmağa davam edəcəklər. Bu qətiyyən mümkün deyil. Biz heç bir ölkə ilə, heç bir beynəlxalq qurumla Qarabağdan danışmaq fikrində deyilik. Qarabağ münaqişəsi həll olunub, bu bizim ərazimizdir, hamı tərəfindən tanınır və bizim daxili işimizdir.
Prezident İlham Əliyev konfransda bir çox məsələlərə toxunub. Onlardan biri də Brüsseldə nəzərdə tutulmuş görüş haqqında olub. Paşinyan görüşə bir şərtlə razılıq verib ki, Prezident Makron da orada iştirak etsin. Bu da o deməkdir ki, Praqadan sonra baş verənlər səbəbindən o görüş keçirilməyəcək.
“2 il əvvəl biz Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyduq, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik. Bununla Azərbaycan həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini özü icra etdi. 30 illik işğal bitsə də, onun ağır fəsadları hələ də qalmaqdadır. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib. Vaxtilə böyük və çiçəklənən şəhər olmuş Ağdam o dərəcədə dağıdılıb ki, xarici ekspertlər onun “Qafqazın Xirosiması” adlandırırlar. Ermənistan işğal zamanı 67 məsciddən 65-ni yerlə-yeksan edib, qalan 2 məscid isə ciddi zərər görüb və donuz, inək saxlanılması üçün istifadə edilib. Bu bütün müsəlman dünyasına təhqirdir. İslamofobiya və türkofobiya Ermənistanın rəsmi ideologiyasının bünövrəsini təşkil edir”, – Prezident İlham Əliyev vurğulayıb.
Prezident İlham Əliyevin tələbi daim sülh və ədalətin olmasıdır. Lakin öz çirkin əməllərindən əl çəkmək istəməyən erməni tərəfi danışılar prosesinə əngəllər törətməyə cəhd edir, hər yolla gərginlik yaratmağa çalışırdı. İllərdən bəri müharibə şəraitində yaşayan Azərbaycan üçün sülhün təminatı daha əhəmiyyətlidir. Biz istəyirik onlar başa düşsünlər ki, onlar Qarabağ erməniləri ilə bağlı heç nə deyə bilməzlər və onların Qarabağ erməniləri ilə heç bir əlaqəsi yoxdur. Biz Zəngəzur dəhlizini istəyirik və biz tarixi xəritələr əsasında sərhədlərin delimitasiya olunmasını istəyirik.
Dövlətimizin başçısı sonda qeyd edib ki, İkinci Qarabağ müharibəsi zamanı təxminən 3 min şəhid verdik. Onların arasında Azərbaycanda yaşayan bütün etnik qrupların nümayəndələri var idi. Bu, etnik mənsubiyyətindən asılı olmayaraq, Vətən torpağı uğrunda şərəf mübarizəsi idi. Ermənilər dinc şəhərləri, o cümlədən Gəncəni atəşə tuturdular. Münaqişənin getdiyi yerdən xeyli uzaqda yerləşən ondan çox şəhər ballistik raketlərlə atəşə tutuldu. “SKAD”, “Elbrus” və hətta “İsgəndər” raketlərindən istifadə etdilər. Özü də “İsgəndər-M” raketi onlarda heç cür ola bilməzdi. Bu, yalnız Rusiyanın silahlı qüvvələri tərəfindən istifadə edilən raketdir. Şuşada aşkar etdiyimiz və hazırda Bakının Hərbi Qənimətlər Parkında nümayiş etdirilən raket “İsgəndər-M”dir. Bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və hərbi cinayətdir.
Beləliklə, Prezident İlham Əliyev dünyanın müxtəlif ölkələrindən olan Beyin Mərkəzlərinin nümayəndələrinin iştirakı ilə keçirilən Beynəlxalq Konfraqnsda bir daha bəyan etdi ki, Azərbaycan bölgədə sülh və sabitlik istəyir.
Gülşən Rustamova, Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşı
Müzakirə qapadılmışdır.