Azərbaycan-Çin münasibətləri dinamik inkişaf edir

734

22 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “China Global Television Network” televiziya kanalında yayımlan Çinin “China Media Group” media korporasiyasına müsahibəsində Azərbaycan və Çin arasında dosluq və əməkdaşlıq əlaqələrinin inkişafına, ökləmizdə gedən bir çox prosseslərə, xarici və daxili siyasət, idman, nəqliyyat, və digər məsələlərə toxundu.

Bu gün iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev Çinlə əlaqələrin dərinləşməsinə böyük önəm verirdi. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev Çinin rəsmi şəxsləri ilə çoxsaylı görüşlər keçirib.

Müsahibəsində Azərbaycan-Çin münasibətlərinin əsasını qoyan Ulu Öndər Heydər Əliyevin bu münasibətlərin inkişafında maraqlı olduğunu qeyd edən Prezident İlham Əliyev bildirib ki, onun xarici siyasət prioritetlərindən biri də Çinlə ikitərəfli münasibətlər qurmaq idi: “Xatırlayıram ki, o, Çinə rəsmi səfərdən böyük təəssüratla qayıtmışdı. Heydər Əliyev Çinin artmaqda olan gücünü, həmrəy cəmiyyətini və aydın məqsədlərə malik ölkəni gördü – bunlar təxminən 30 il öncə baş vermişdi.”

Dövlətimizin başçısı qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynayıb. Onun Çinə səfərləri və Çinin rəhbərləri ilə görüşləri əməkdaşlığımızın çərçivəsini yaratdı. O vaxtlar dünyada Azərbaycan o qədər də tanınmırdı. Bu gün əməkdaşlığın gündəliyi 30 il əvvəlkindən daha genişdir. Bu münasibətlər qarşılıqlı hörmət və dostluq üzərində qurulub.

Müsahibəsində Ulu Öndər Heydər Əliyevin fəaliyyətinə diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb ki, Heydər Əliyev hər zaman çalışırdı ki, cəmiyyətin nəbzini tutsun, insanların necə yaşadığını, nə fikirləşdiyini, hansı problemlərlə üzləşdiyini və hansı arzulara malik olduğunu bilsin. 1990-cı ilin 20 yanvarında sovet ordusu Azərbaycana hücum edərkən, Ulu Öndər Heydər Əliyev həmin qanlı hücuma qarşı etiraz səsini ucaldan və bu hadisəni pisləyən yeganə şəxs idi.

Ulu Öndər Heydər Əliyev üçün Azərbaycan xalqının milli maraqları, milli qüruru və ədalət şəxsi amillərdən üstün idi. Ulu Öndər sovet hökumətinin anti-Azərbaycan mövqeyi səbəbindən kommunist partiyasını tərk etdi. Bunun özü də çox cəsarətli addım idi, çünki sovet hökuməti və sistemi hələ də çox güclü və qəddar idi.

“Bu gün regionun siyasi, habelə nəqliyyat marşrutları xəritəsinə nəzər saldıqda görürük ki, ölkələrimiz bir-biri ilə nə dərəcədə eyni mövqedən çıxış edir. Beynəlxalq gündəliyə aid təməl məsələləri götürsək görərik ki, bizim mövqelərimiz suverenlik, müstəqillik, ərazi bütövlüyü, digərlərinin daxili işlərinə qarışmamaq məsələlərində üst-üstə düşür” – deyən dövlətimizin başçısı  əlavə edib ki,  iqtisadi əməkdaşlıq məsələlərində də mövqelərimiz üst-üstə düşür.

Ötən 30 ildə iki ölkə arasında əməkdaşlıqda yekdil siyasətin olması çox vacibdir. Çin ilə Azərbaycan xalqları arasında böyük tarixə malik olan dostluq münasibətləri nəticəsində Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə olub. Bu baxımdan “Bir kəmər, bir yol” strategiyasının həyata keçirilməsində Azərbaycan logistika mərkəzi, qovşaq və körpü rolunu oynayıb. Azərbaycan Cənubi Qafqaz regionunda çox önəmli bir ölkədir. Şimal ilə Cənubun, Şərq ilə Qərbin qovuşuğunda yerləşir, Asiya və Avropa qitələri arasında körpü rolunu oynayır. Bu baxımdan Azərbaycan nəqliyyat və geosiyasi mövqe üstünlüyünə malikdir. Dövlətimizin başçısı müsahibəsində deyib:“Bir kəmər, bir yol” layihəsinə qoşularkən Azərbaycanın artıq hazır infrastrukturu var idi. İndi sadəcə, texniki imkanları artırırıq. Ticarət limanımızı genişləndiririk, çünki Şərqdən-Qərbə daşınan yüklərin həcminin artması yükaşırma baxımından problemlər yaradacaq. Bizim dəniz ticarət limanımız bir neçə il əvvəl açıldı. Onun imkanlarını hazırda 25 milyon tona qədər çatdırırıq. Gəmiqayırma zavodunun genişləndirilməyi nəzərdə tutulur, ildə 6-8 deyil, 10-20 gəmi inşa ediləcək”.

Prezident İlham Əliyev müsahibəsində Zəngəzur dəhlizinin də istifadəyə veriləcəyini vurğulayıb: “Azərbaycandan Türkiyə və Avropa istiqamətində gedən əlavə yol olacaq Zəngəzur dəhlizi üzərində çox fəal şəkildə çalışırıq. Azərbaycan ərazisində tikinti işlərinin təxminən 70 faizi artıq başa çatdırılıb”.

Şübhəsiz ki, Zəngəzur dəhlizinin işə salınması regional və beynəlxalq ticarət əlaqələrində yeni mərhələ olacaq.  Zəngəzur dəhlizinin işə salınması Cənubi Qafqazda yeni reallıqlar və əməkdaşlıq imkanlarını müəyyən edəcək.

Müsahibədə prezident Cənubi Qafqazdakı mövcud vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, ölkəmizdəki tolerantlıq mühiti və s. məsələləri müzakirə edib, məsələlərə münasibətini bildirib.

Müsahibədə Prezident Cənubi Qafqazda mövcud vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, ölkəmizdə tolerantlıq mühiti və s. məsələlərlə bağlı fikirlərini bildirib. Dövlətimizin başçısı bir daha bildirdi ki, Azərbaycan Çinin ərazi bütövlüyünü dəstəkləyir.

Təbrik Quliyev,
Sumqayıt şəhər Ağsaqqallar şurasının sədri, Prezidentin fərdi təqaüdçüsü

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər