Azərbaycan dövləti özünün beynəlxalq nüfuzunu ötən hər gün daha da artırmaqla yanaşı, demokratik prinsiplərə də sadiqliyini əməli işlərlə sübuta yetirir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev mütəmadi olaraq yerli və xarici mətbuat nüməyandələri ilə görüşlər təşkil edir, bu görüşlərdə səsləndirilən suallara səmimi və ciddi arqumentlərlə əsaslandırılmış cavablar verir. Hələ 44 günlük Vətən müharibəsi günlərində dövlət başçımız dəfələrlə xarici ölkələrin mətbuat nümayəndələrini qəbul etmişdi. Bu görüşlərdə Cənab İlham Əliyev Azərbaycanın ədalətli və beynəlxalq hüquq normalarına əsaslanan mövqeyini tutarlı sübutlarla xarici jurnalistlərin diqqətinə çatdırmışdı. Ölkə başçımızın yerli mətbuat nüməyandələri ilə görüşləri və burada səsləndirdiyi fikirlər hər birimizin böyük marağına səbəb olur.
10 yanvar 2024-cü il tarixində möhtərəm Cənab İlham Əliyev yerli televiziya kanallarına ətraflı müsahibə verdi. Dövlət başçımız ölkəmizin enerji siyasəti ilə bağlı fikirlərini müfəssəl şəkildə televiziya izləyicilərinin diqqətinə çatdırdı. Cənab İlham Əliyev bildirdi ki, biz bu gün dünyada, xüsusilə dünyanın enerji məkanında gedən proseslərdən geridə qalmamalıyıq. Həm də nəzərə almalıyıq ki, bizim misilsiz enerji potensialımız var.Dünya Bankının bir qolu olan Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən bizim Xəzərdəki enerji potensialımız 157 min meqavat həcmində təsdiqlənib ki, bu da kifayət qədər böyük rəqəmdir. Ölkə başçımız Avropa ölkələri ilə enerji sahəsində əməkdaşlığımıza toxunaraq qeyd etdi ki, Serbiya Azərbaycan qazını alan sayca səkkizinci ölkədir. Hal-hazırki vaxta qədər Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya, Rumıniya, Macarıstan artıq bizim qaz nəqli sistemimizə qoşulmuşdur. Avropada qaza tələbat artır və artacaq. Azərbaycanın isə bununla bağlı resusrsları var.“Şahdəniz” qaz yatağı dünyanın ən böyük qaz-kondensat yatağıdır. Bu il artıq 1,5 milyard kubmetr qaz “Abşeron” qaz yatağından çıxarılacaq. Azərbaycan Respublikası etibarlı tərəfdaşdır və yüz ildən sonra daönəmli tərəfdaş olacaqdır. Təsadüfi deyildir ki, Avropa Komissiyası da Azərbaycanı etibarlı tərəfdaş adlandırıb.Müasir dünyadaqaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır. Bizim üstünlüyümüz məhz ondadır ki, biz böyük yatırım qoyaraq müasir qazpaylayıcı şəbəkə yaratmışıq. Avropa ölkələri hər nə qədər yaşıl enerjiyə keçid etmək istəsələr, yenə də təbii qaza ehtiyacları olacaq. Gələcəkdə yaşıl enerjini ixrac etməklə Azərbaycanın önəmi daha da artacaq.
Daha sonra dövlət başçımız əlavə etdi ki, BMT-dən sonra ən iri təşkilata,Qoşulmama Hərəkatına sədrlik Azərbaycana əvəzolunmaz təcrübə qazandırdı və doğru yolda olduğumuza dair daha böyük əminlik yaratdı. Hərəkatın yaranmasının təməl prinsiplərini – daha dəqiq desək, dövlətlərin suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini Azərbaycan hər zaman tam dəstəkləyib. Dünyadakı inteqrasiya prosesləri könüllülük əsasında həyata keçirilməlidir. Heç bir inteqrasiya əsas inteqrantın üstünlüyünə gətirib çıxarmamalıdır. Hər bir təşkilata funksional dinamika lazımdır. Azərbaycan Respublikası atdığı hər bir addımda ilk növbədə beynəlxalq hüquq normalarına əsaslanır. Bu da öz növbəsində dövlətimizin əsas güc mənbəyidir.
Arifə Abdullayeva, YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi
Müzakirə qapadılmışdır.