Azərbaycan-Gürcüstan “Gənclər həftəsi” çərçivəsində Sumqayıtda seminar keçirilib
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Gürcüstan Respublikasının Təhsil, Elm və Gənclər Nazirliyinin birgə təşkilatçılığı ilə “Gənclər həftəsi” keçirilir.
Tədbirin məqsədi hər iki ölkənin gəncləri arasında mədəni və ictimai əməkdaşlığı, dostluq əlaqələrini gücləndirmək, təcrübə mübadiləsi yaratmaq və ortaq təşəbbüsləri təşviq etməkdir.
Layihə çərçivəsində iyulun 25-də bu ilin “Gənclər Paytaxtı” olan Sumqayıt şəhərində “Sağlam Düşüncə” Gənclər Təşkilatı” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan və Gürcüstan gəncləri arasında təcrübə mübadiləsinə həsr olunmuş “Könüllülük və gənclərin ictimai həyatda iştirakçılığı” mövzusunda vorkşop keçirilib.
Günün sonunda iştirakçılar üçün Sumqayıt şəhəri ilə tanışlıq məqsədilə gəzinti təşkil edilib.
Müzakirə qapadılmışdır.