200 milyondan çox insanın yaşadığı, böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat marşrutlarına malik Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr bu gün milli maraqları nəzərə alaraq qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirirlər. Siyasi, iqtisadi, ticarət, mədəni, nəqliyyat, enerji, rəqəmsal transformasiya və digər sahələrdə əməkdaşlıq getdikcə daha da genişlənir.
Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Ankarada Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının “Fəlakət – Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşü keçirilib. Sammitdə türkdilli ölkələr arasında iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verəcək qərarlar qəbul olunub. Zirvə görüşünün yekunu olaraq Ankara Bəyannaməsi və mülki müdafiə mexanizminin yaradılmasına dair Protokol imzalanıb.
Sammitdə çıxış edən Prezident İlham Əliyev həm ölkəmiz, həm də bütün türk dünyası üçün böyük əhəmiyyət kəsb edən mühüm məsələlərə toxundu.
Azərbaycan və Türkiyənin hər zaman bir-birinin yanında olduğunu vurğulayan dövlətimizin başçısı zəlzələdən sonra Azərbaycan hökumətinin və xalqının qardaş Türkiyəyə humanitar yardım göstərməyə səfərbər olunduğunu dedi.
Azərbaycan və Türkiyənin hər zaman bir-birinin yanında olduğunu vurğulayan dövlətimizin başçısı bildirdi ki, Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər oldu. Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilib. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində 53 nəfər dağıntılar altından sağ çıxarılıb. 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibbi personalımız tərəfindən ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərilib.
Prezident İlham Əliyev 2020-ci ilin sentyabr-noyabr ayları ərzində ölkəmizin apardığı 44 günlük müharibə dövründə bütün Türkiyə xalqının Azərbaycanın yanında olduğunu xatırladıb. Dövlətimizin başçısı Türkiyə Prezidentinin müharibənin ilk saatlarından başlayaraq son günə qədər Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyin Azərbaycana əlavə güc verdiyini vurğulayıb. 2021-ci ilin iyun ayında isə, işğaldan azad edilmiş Şuşa şəhərində ölkələrimiz arasında Şuşa Bəyannaməsinin imzalanması ilə Azərbaycan-Türkiyə əlaqələri rəsmən müttəfiqlik səviyyəsinə qaldırılıb. Prezident İlham Əliyev xüsusi olaraq vurğulamışdır ki, qardaş Türkiyə son 20 ildə Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmiş və bu gün dünyada söz sahibinə, güc mərkəzinə çevrilmişdir
Qardaş Türkiyənin artan beynəlxalq nüfuzundan danışan cənab Prezident bildirmişdir ki, bu gün dünyada Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər. Türkiyə son 20 ildə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmiş, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir. Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün Türk dünyası üçün önəmli şərtdir.
Cənab Prezident Türk dünyasının daha geniş coğrafiyaya malik olduğunu bildirərək qeyd etmişdir ki, Türk dünyası türk dövlətlərinin hüdudları ilə məhdudlaşmır. Türk dünyası daha böyük coğrafiyanı əhatə edir. Dünyada yaşayan azərbaycanlıların sayı 50 milyondan çoxdur. Onlardan cəmi 10 milyonu müstəqil Azərbaycan Respublikasında yaşayır.
Dövlətimizin başçısı çıxışında bölgədəki vəziyyəti, o cümlədən Ermənistanın qoşunlarını hələ də Azərbaycan ərazilərindən tam çıxarmamasını, Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəliklərindən yayınmasını türkdilli ölkələrin dövlət başçılarının diqqətinə çatdırıb.
Zirvə görüşündə aparılan müzakirələr, qəbul olunan qərarlar, həmçinin Ankara Bəyannaməsi və mülki müdafiə mexanizminin yaradılmasına dair Protokolun imzalanması türkdilli ölkələr arasında əməkdaşlığı genişləndirəcək, həmrəyliyi gücləndirəcək və bu da TDT-nin daha güclü və nüfuzlu beynəlxalq təşkilata çevrilməsinə imkan verəcək.
Sammitdə qəbul edilən Bəyannamədə Türk Dövlətləri Təşkilatının dövlət başçıları gələcək fəaliyyətlərinin əsas prioritetlərini təsdiqləyiblər.
Zirvə görüşündə qəbul edilən Bəyannamədə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları gələcək gələcək fəaliyyətlərinin əsas prioritetlərini təsdiqləyiblər. Bəyannamədə Zirvə görüşünün Azərbaycan Prezidentinin təşəbbüsü ilə Ankarada keçirilməsi xüsusi vurğulanır. Bu, ölkəmizin türk dünyasının birliyinə, həmrəyliyinə növbəti töhfəsi kimi dəyərləndirilir.
Təbrik Quliyev, Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədri, Prezidentin fərdi təqaüdçüsü
Müzakirə qapadılmışdır.