Türkiyədə zəlzələ nəticəsində həlak olmuş 4 Azərbaycan vətəndaşı ölkəyə gətirilərək dəfn olunub, 4 azərbaycanlı tələbənin cənazəsi isə 16 fevral tarixində Türkiyədən Azərbaycana yola salınacaq.
Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə məlumat verib.
Onun sözlərinə görə, cənazələrin ölkəyə yola salınmasının saatı konkret deyil: “İlkin versiya kimi 02:00 nəzərdə tutulub, amma aydın məsələdir ki, gecikmələr də ola bilər”.
Qeyd edək ki, Malatya şəhərindəki İnönü Universitetinin tələbələri Hümam İsmayıllı və Gündüz Nəzərzadə Sumqayıt sakinləridir.
Müzakirə qapadılmışdır.