Azərbaycanda mərhum iş adamının yüksək rütbəli oğlu vəfat etdi

1026

Uzun illər DİN BDYPİ-nin qeydiyyat-imtahan və texniki baxış şöbəsində işləmiş Mübariz Əhədov vəfat edib.

Bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra mayın 26-da 59 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Mübariz Ağamirzə oğlu Əhədov 1966-cı ilin mayın 25-də Sumqayıt şəhərində anadan olub.

O, uzun müddət BDYPİ-nin qeydiyyat-imtahan və texniki baxış şöbəsində işləyib. O, sonuncu dəfə Lənkəran şəhərində 5 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi vəzifəsində çalışıb və 2021-ci ildə təqaüdə göndərilib.

Xatırladaq ki, Mübariz Əhədov 2016-cı ildə dünyasını dəyişmiş iş adamı, Sumqayıtdakı məşhur “Karvan” Ticarət Mərkəzinin sahibi olmuş, xeyriyyəçi Ağamirzə Əhədovun oğludur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər