Toy və yas mərasimlərinin keçirilməsi kimliyindən asılı olmayaraq, hər kəs üçün qadağandır.
Oxu.Az-ın müxbiri Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, bu, ölkə miqyasında karantinin ilk günlərindən qadağan edilib:
“Bu qadağalarla bağlı Azərbaycan Respublikasında qanunun aliliyi ölkə başçısı tərəfindən dəfələrlə sübut olunub.
Bu gün ölkədə qanun hər kəs üçün keçərlidir.
Odur ki, toy və yas mərasimlərinin keçirilməsinə icazə ilə bağlı heç bir qərar yoxdur. Qadağalar qüvvədə qalır”.