“Azərbaycanı yeni və maraqlı bir dövr gözləyir”-TAHİR MİRKİŞİLİ

784
“Azərbaycan yeni milli hədəflər seçib, inkişaf edərək güclənəcəkdir”.
Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili səsləndirib.
Tahir Mirkişili qeyd edib ki, yeni milli hədəflər üçün bizi qorxudanlar Avropaya qaz satışımıza embarqo, sanksiyalar, insan haqları və digər məsələlərin bəhanəsi ilə təzyiqlər göstərirlər və göstərəcəklər.
Prezident İlham Əliyev bu məsələlərə hər bir azərbaycanlı üçün vacib olan aydınlıq gətirdi və yol göstərdi.
O, izah etdi ki, Avropaya qaz satışına qadağa qoya bilməzlər – əks halda ölkəmizlə müqavilə imzalayan şirkətlər yüzmilyonlar, milyardlarla kompensasiya ödəməli olacaqlar;
O, izah etdi ki, Azərbaycanın qaz satışından əldə etdiyi gəlir o qədər də yüksək səviyyədə deyil – hətta bu gəlir dayansa, vətəndaşlarımız bunu hiss etməyəcək. Ancaq Avropa bizdən qaz almasa, bəzi ölkələr “donacaq” – həm siyasi, həm də həqiqi mənada…
O, izah etdi ki, haqq, ədalət və hüquqa əsaslanır gücümüz; başa saldı ki, ölkənin xarici iqtisadi əlaqələri də elə qurulub ki, enerji satışımızı dayandırmaqla bizə təzyiq etmələri mümkün deyil, əksinə, bu “enerji əlaqələri” Azərbaycanın etibarlı tərəfdaş olaraq nüfuzunu, dostlarının sayını və mövqelərini beynəlxalq müstəvidə gücləndirir.
Beləliklə, Azərbaycanı yeni və maraqlı bir dövr gözləyir. Əminəm ki, bu yeni dövrdə Azərbaycan daha da güclənəcək və inkişaf edəcəkdir”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər