Azərbaycanın 5 şəhərində “Sığorta Festivalı” keçirilir

393

Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun birgə əməkdaşlığı çərçivəsində Azərbaycanda sayca ikinci dəfə “Sığorta Festivalı” təşkil olunacaq.
Bu barədə təşkilatçı qurumların birgə yaydığı məlumatda bildirilir. Qeyd olunur ki, 2021-ci ildən ölkə əhalisinin sığorta savadlılığının artırılması məqsədilə həyata keçirilən genişmiqyaslı maarifləndirmə layihəsi çərçivəsində çoxşaxəli tədbirlər davam etdirilir. Bu tədbirlərdən biri də ölkəmizdə ikinci dəfə keçiriləcək “Sığorta Festivalı” layihəsidir.
Məlumata görə, festival 17 avqust – 7 sentyabr tarixləri aralığında respublikamızın 5 müxtəlif şəhərində təşkil olunacaq. Festivala 17 avqust tarixdə Bakı şəhərində Dənizkənarı Milli Park ərazisində start veriləcək. Festival arıdıcıl olaraq 24 avqust Sumqayıt, 30 avqust Lənkəran, 6 sentyabr Naxçıvan, 14 sentyabr Gəncə şəhərlərində baş tutacaq.
Tədbir ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin iştirakı ilə təşkil olunacaq. Festival çərçivəsində sığorta maarifləndirməsi prosesi əyləncəli şoular, musiqili proqramlar və hədiyyəli yarışmaların müşayiətilə aparılacaq.
Layihənin məqsədi geniş əhali qruplarının və biznes nümayəndələrinin sığorta sahəsində bilik və təsəvvürlərinin artırılması və onların sığorta xidmətlərinə cəlb olunmasının təşviq edilməsindən ibarətdir.

24 sentyabr saat 19:00-da Sumqayıt Bulvarında Göyərçin Parkının yaxınlığında açıq ərazidə baş tutacaq Festivala bütün əhali dəvət edilir. Festivalda iştirak edərək maraqlı oyunlarla əyləncəli vaxt keçirməklə yanaşı, bol hədiyyələr əldə edərək sığorta sahəsi haqqında məlumatlara yiyələnə bilərsiniz.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər