“Heydər Əliyev İli” çərçivəsində mayın 3-də Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının üzvlərinin partiyanın Sumqayıt şəhər təşkilatının inzibati binasında gənclərlə görüşü keçirilib.
YAP-ın mətbuat xidmətindən bildiriblər ki, YAP-ın Sumqayıt şəhər və Qubadlı rayon təşkilatlarının üzvü olan fəal gənclərin iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
YAP Sumqayıt şəhər təşkilatının sədri, partiyanın İdarə Heyətinin üzvü Ramiz Hüseynov Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında xidmətlərindən bəhs edib. Bildirilib ki, Azərbaycanın inkişaf strategiyasının müəllifi Ümummilli Lider Heydər Əliyevdir.
YAP Veteranlar Şurasının üzvü Sudeyf İmamverdiyev qeyd edib ki, Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi məhz Ulu Öndər Heydər Əliyevin xidmətləridir”.
YAP Veteranlar Şurasının üzvü Nazim İsmayılov isə deyib ki, gənclərlə görüşün keçirilməsində məqsəd dahi şəxsiyyət Heydər Əliyevin əbədiyaşar ideyalarının gənclərə aşılanmasıdır. Çünki Azərbaycanın müasir tarixi, ölkəmizin inkişafı bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır
YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov çıxışında Ulu Öndər Heydər Əliyev bütün həyatını Azərbaycanın inkişafına həsr etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Heydər Əliyevin zəngin irsi bugünkü uğurlarımızı şərtləndirir. Vətən müharibəsində qazanılan tarixi Zəfər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin timsalında Heydər Əliyev siyasətinin parlaq nəticəsidir.
Müzakirə qapadılmışdır.