Qeyri-neft sektorunun ən iri layihələrindən biri sayılan, Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək üçün təsis edilən və Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu almış SOCAR Polymer layihəsi son 40 ildə öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ən böyük layihədir. Layihənin əsas məqsədi idxalın azaldılması və ölkənin ixrac potensialının artırılmasıdır.
Sumqayıt Kimya Sənaye Parkının 30 hektar ərazisində şirkətin Polipropilen və Yüksəksıxlıqlı Polietilen Zavodları inşa olunur. Bu zavodlar istismara verildikdən sonra ildə 180 min ton polipropilen və 120 min ton yüksəksıxlıqlı polietilen istehsal edəcək. İstehsal ediləcək məhsulların 30 faizi yerli bazara, 70 faizi isə dünya bazarlarına çıxarılacaq.Azərbaycanda bu layihə çərçivəsində ilk dəfə olaraq Layihə Maliyyələşdirilməsi strukturu tətbiq edilib. Layihənin investisiya dəyəri 750 milyon ABŞ dolları təşkil edir. Tikintidə ən qabaqcıl dünya təcrübəsi və müasir texnologiyalar tətbiq olunur. Zavodların lisenziarları Lyondell Basell və INEOS şirkətləridir. Layihənin icrası qrafikə uyğun və təsdiq olunmuş büdcə çərçivəsində həyata keçirilir. Zavodların istehsalının əsas hissəsi ixrac olunacaq və ölkəyə ildə təqribən 400 milyon dollar həcmində valyuta axını təmin ediləcəkdir. 100 milyon ABŞ dolları məbləğində istehsal olunmuş məhsul isə yerli bazarda reallaşdırılacaqdır ki, bu da idxalın böyük hissəsini əvəz etməyə imkan verəcəkdir.
“SOCAR Polimer” MMC-nin direktoru Fərid Cəfərov qeyd edib ki, dövlət başçısının dərin iqtisadi islahatları sayəsində qeyri-neft sektoru diqqət mərkəzindədir .Bu sektorun inkişafı Azərbaycanın ixrac potensialını və gəlirləri artacaq,yeni iş yerləri açılacaq.
Hal-hazırda zavodun tikintisində çalışan işçilərin sayı 2280 nəfərdir. Onlardan 760 nəfər Sumqayıt şəhərinin sakinləridir. SOCAR Polymer şirkətinin isə hazırda 264 əməkdaşı var. Layihə istismara verildikdən sonra müəssisədə 400 daimi iş yerinin yaradılması gözlənilir.
Layihədə çalışan işçilərin həyatı önəm kəsb etdiyindən vaxtı vaxtında onlar təhlükəsizlik qaydaları haqqında təlimatlandırılır. Sağlamlıq,Ətraf Mühitin Mühafizəsi və Əməyin təhlükəsizliyi üzrə mühəndis kimi çalışan Seymur Quliyev bildirdi ki, layihənin icrasından bu günə kimi 3 milyon təhlükəsiz iş saatına nail olunub.İşçilərin təhlükəsizliyini qorumaq üçün əlindən gələni əsirgəmir.
“SOCAR Polymer” inTikinti işləri üzrə mütəxəsisi Bəhruz Hacıyev qeyd edib ki, 3 il öncə işə başlayanda sovetlər dönəmində qalan köhnə zavodlar sökülüb yerində belə bir nəhəng layihənin inşası ölkəmizdə kimya sənayesinin inkişafına bariz nümunədir.Bu tikintidə yerli mütəxəsislər yetişir ki,buradakı kadrlar gələcəkdə başqa zavodların da tikintisinə öz töhvəsini verəcək.
Layihəyə dünyanın məşhur tikinti şirkətlərindən təcrübəli mütəxəsislər dəvət alıb.(kişi səsi ilə tərcümə)-Məşhur “ Flour” şirkətinin təmsilçisi Con Ayresmis ümumi tikinti Socar Polymerlə birləşmi heyətlə bütün tikinti işlərini bir yerdə aparırıq.Bu yaxınlarada 3 milyon təhlükəsiz iş saatı qeyd edəciyik.Tikintidə işləyənlərin böyük əksəriyyəti yerli sakinlərdən ibarətdir.Hal hazırda podratçı təşkilatçılar tərəfindən metal konstruksiya işləri gedir.Bir çox tikinti işləri bu ilin ikinci rübündə yekunlaşaçaq.Gördüyünüz kimi arxa fonda bir neçə ekstruder və ağ ev ləvazimatlarının sahədə əkilmə prosesi davam edir.Təhlükəsizlik baxımından işlərdə çox ciddiyik.
İstedadlı gənclərin layihəyə cəlb edilməsinə və onların inkişafına böyük əhəmiyyət verilir. Polipropilen zavodu üçün operator və texniklər artıq indidən işə götürülüb və hazırda təlimlərini SOCAR-ın Bakı Kadrlar Hazırlığı, Sumqayıt və Qobustanda yerləşən təlim mərkəzlərində keçirlər.
Ümumilikdə bu kurslara 62 nəfər dinləyici cəlb edilib. Yüksəksıxlıqlı Polietilen zavodu üçün operatorlar və texniklər aprel ayının axırına kimi seçiləcək və eyni qaydada təlimlərə cəlb olunacaq.
Polipropilen zavodunun istismara verilməsi 2018-ci ilin fevralına planlaşdırılır. Yüksəksıxlıqlı Polietilen zavodunun istismara verilməsi isə 2018-ci ilin avqustuna nəzərdə tutulur.Layihənin icrası ölkə iqtisadiyyatına güclü təsir göstərəcək, yeni iş yerləri açılacaq, Sumqayıt nəhəng sənaye mərkəzinə çevrilməklə yanaşı ölkəmizin iqtisadi inkişafına da yeni təkan verəcək.
SUMQAYİTXEBERCOM SOCAR Polymer layihəsi ilə bağlı hazırlanmış VİDEOREPORTAJI TƏQDİM EDİR:
Müzakirə qapadılmışdır.