Azərbaycanın Silahlı Qüvvələri güclü, peşəkar və müasir bir orduya çevrilib

898

26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü milli birlik və gücün simvolu kimi hər il təntənəli şəkildə qeyd olunur. Bu bayram Azərbaycanın ordu quruculuğu sahəsində əldə etdiyi uğurları və tarixi nailiyyətləri təntənə ilə qeyd etmək üçün bir fürsətdir. Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ordu qurucumeqaleluğu sahəsində göstərdikləri səylər və diqqət sayəsində Azərbaycanın Silahlı Qüvvələri güclü, peşəkar və müasir bir orduya çevrilib.

Azərbaycan Respublikasının ordu quruculuğunun təməlini Ulu Öndər Heydər Əliyev qoymuşdur. 1969-cu ildə hakimiyyətə gəlişindən sonra o, ölkədə hərbi kadrların hazırlanması prosesinə xüsusi diqqət yetirdi. 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasına nail oldu. Bu, Azərbaycanda hərbi kadrların hazırlanmasına və hərb sənətinə marağın güclənməsinə böyük təsir göstərdi.

Müstəqillik illərində ölkə çətin bir dövrə qədəm qoyarkən, Ulu Öndər Heydər Əliyev başıpozuq silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesinə start verdi. Bu, Azərbaycanın müstəqilliyini qorumaq və Ermənistanın təcavüzünə qarşı dayanmaq üçün həyati əhəmiyyət kəsb edirdi. Nəticədə, 1994-cü ildə atəşkəs müqaviləsi imzalandıqdan sonra ordu quruculuğu daha da sürətləndi. Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi və şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılması istiqamətində mühüm addımlar atıldı.

Azərbaycanın NATO ilə əməkdaşlığı ordu quruculuğu prosesində mühüm rol oynadı. 1994-cü ildən başlayaraq Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşuldu və il ərzində minlərlə Azərbaycan hərbçisi bu proqram çərçivəsində ən son hərbi yenilikləri mənimsədi. Bu əməkdaşlıq Azərbaycanın Silahlı Qüvvələrinin modernləşdirilməsinə və beynəlxalq standartlara uyğunlaşdırılmasına böyük töhfə verdi.

Prezident İlham Əliyevin hakimiyyəti dövründə ordu quruculuğu məsələləri daim diqqət mərkəzində olub. O, Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu siyasətini uğurla davam etdirmiş və Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun yüksəldilməsi və ən müasir silah və texnika ilə təchiz olunması istiqamətində böyük işlər görmüşdür.

Azərbaycan Silahlı Qüvvələrinin büdcəsi durmadan artır və bu, ordunun döyüş qabiliyyətinin yüksəldilməsinə imkan verir. Ölkəmizin iqtisadi inkişafı sayəsində ordu quruculuğu sahəsində geniş miqyaslı işlər görülmüş, hərbi sənaye kompleksi yaradılmış və Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal olunmuşdur.

2016-cı ilin aprel döyüşlərində Azərbaycan Ordusu Ermənistanın təxribatlarına cavab olaraq uğurlu əks-hücum əməliyyatı həyata keçirdi. Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Bu döyüşlər Azərbaycan Ordusunun gücünü və xalqımıza yenidən qələbə sevinci yaşatdı.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə başlanan 44 günlük Vətən müharibəsi Azərbaycanın hərbi gücünü və əzmini dünyaya nümayiş etdirdi. Bu müharibə nəticəsində Azərbaycan Ordusu Ermənistanın işğalı altında olan əraziləri azad etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Bu qələbə, Azərbaycan xalqının və ordusunun birliyinin və gücünün təntənəli bir göstəricisidir.

Azərbaycan Silahlı Qüvvələri Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir və regionda ən qüdrətli ordu olaraq tanınır. Bu uğurlar Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyevin davam etdirdiyi ordu quruculuğu siyasətinin məntiqi nəticəsidir.

Hər il 26 iyun tarixində qeyd olunan Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü ordunun gücünü və vətənpərvərliyini bir daha təsdiqləyir. Bu bayram Azərbaycanın Silahlı Qüvvələrinin tarixini, inkişafını və gələcəyə olan inamını simvolizə edir. Bu əlamətdar gün ölkəmizin milli birliyinin və əzminin təntənəli qeyd edilməsinə çevrilir.
Sovet Şükürov, Sumqayıt şəhər Veteranlar Şurasının sədri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər