Tanınmış jurnalist Nicat Məlikov axşam saatlarında qəfildən dünyasını dəyişib.
Həmkarımız mağazaya gedərkən ürəyi tutub və küçədə – yıxıldığı yerdə keçinib.
N. Məlikov 1979-cu ildə anadan olub.
Qeyd edək ki, N.Məlikov jurnalist fəaliyyətinə “Zerkalo” qəzetində müxbir kimi başlayıb. Sonradan həmin nəşrin siyasət şöbəsinin müdiri vəzifəsində çalışıb.
N.Məlikov “APA Holdinq”ə daxil olan “Vesti.Az” saytında müxbir kimi çalışıb.
Allah rəhmət eləsin.
Müzakirə qapadılmışdır.