Azərbaycanlı şagird Sidneydə olimpiadada qalib olub

479

Avstraliyanın Sidney şəhərində azyaşlılar arasında keçirilən ingilis dili olimpiadasında Azərbaycanı təmsil edən şagird birinciliyə layiq görülüb.

“Report” xəbər verir ki, “Global Olympiad Center”in təşkilatçılığı ilə 20 nömrəli məktəbin şagirdi Nail Ələkbərli JEO olimpiadasında 14 ölkədən olan həmyaşıdları ilə mübarizə aparıb.

Gərgin keçən olimpiadada Nail yarışdığı sinif üzrə ikinci yer, yaş kateqoriyasına görə isə birinci yerə layiq görülüb.

Olimpiada müddətində iştirakçılar Azərbaycanın Avstraliyadakı səfirliyinin dəstəyi ilə Sidneyin gəzməli və görməli yerlərdində, tarixi muzeylərində olublar.

Qeyd edək ki, Nail Ələkbərli Sumqayıtda doğulub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər