“Azərikimya” İstehsalat Birliyi “Mənim Azərbaycanım” adlı rəsm müsabiqəsi elan edir

669
Ulu öndər Heydər Əliyevin 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan olunması münasibətilə Sumqayıt şəhərində yerləşən ümumtəhsil məktəblərinin şagirdləri arasında “Mənim Azərbaycanım” adlı rəsm müsabiqəsi elan edir.

sumqayitxeber.com-un məlumatına görə, müsabiqə SOCAR “Azərikimya” İstehsalat Birliyinintəşəbbüsü vəAbşeronXızı Regional Təhsil İdarəsinindəstəyi ilə keçirilir.

Müsabiqənin şərtləri:

1.Müsabiqəyə daxil olan rəsm işləri“Mənim Azərbaycanım”mövzusuna uyğun olmalı, doğma Azərbaycanımızın təbii gözəlliklərini özündə əks etdirməlidir.

2.İşlərin ölçüsü 60 sm x 80 sm olmaqla (çərçivəsiz), akvarellə və ya yağlı boya ilə çəkilməlidir.

3.Rəsm işləri 14 aprel tarixindən başlayaraq (I-V günlər, saat 9:00-dan 18:00-a kimi) “Azərikimya” İstehsalat Birliyinin idarəetmə aparatında (Sumqayıt ş., S.Vurğun küçəsi 86 ünvanı) qəbul olunacaqdır. Son qəbul günü 04 may 2023-cü il.

Əlaqələndirici şəxs: Bəxtiyar Musayev (050) 843 10 35

Mükafatlandırma:

Qaliblər –rəsm işləri yaradılmış münsiflər heyəti tərəfindən seçildikdən sonra müəyyən ediləcək. I, II,və III yerin qaliblərinə “Azərikimya” İstehsalat Birliyi tərəfindən diplom və hədiyyələr təqdim olunacaq.

Həmçinin əl işləri münsiflər heyətinin diqqətini çəkən bir neçə şagird üçün də həvəsləndirici mükafat (diplom) nəzərdə tutulmuşdur.

Qaliblərin mükafatlandırılması mərasimi 05 may 2023-cü il tarixində “Azərikimya” İstehsalat Birliyinin akt zalında keçiriləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər