AzTV-nin sədr müavininin Sumqayıt hadisələrinə dair monoqrafiyası çap olunub

679

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini İbrahim Məmmədovun “Azərbaycana qarşı SUMQAYIT TƏXRİBATI. “Qriqoryanın işi” adlı monoqrafiyası çap olunub. Bu barədə Azərbaycan Teleradio Verilişləri QSC-nin Mətbuat xidmətindən Lent.az-a məlumat verilib.

Bu kitab prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə yazılıb və nəşr olunub. Monoqrafiyanın ön sözünün müəllifi və elmi redaktoru Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir. AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunan kitab 1988-ci il Sumqayıt hadisələrinə həsr olunmuş ilk monoqrafiyadır. Sumqayıt hadisələri Ermənistanın rəsmi informasiya siyasətində Azərbaycana qarşı istifadə olunan yeganə psevdoarqumentdir. Bu kitab onların yeganə arqumentini də puç edir.

Kitabın yazılması üçün 34 cild cinayət işi oxunub, Azərbaycan MTN və Baş Prokurorluğunun arxiv sənədlərindən istifadə olunub. Moskvada mühüm şəxslərlə – SSRİ DTK sədrinin birinci müavini Filip Bobkovla, məşhur hüquqşünas, Sumqayıt hadisələrinin təhqiqatında iştirak etmiş Vladimir Kalniçenko və Azərbaycanın rəsmi şəxsləri, hadisələrin şahidləri ilə söhbətlər aparılıb.

«Azərbaycana qarşı SUMQAYIT TƏXRİBATI. «Qriqoryanın işi» adlı monoqrafiyanın türk, ingilis, rus, fransız və alman dillərinə tərcümə olunması nəzərdə tutulur.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər