Bakı-Sumqayıt arasında metro stansiya tikilsin – TƏKLİF

432

“Bakı-Sumqayıt arasında metro stansiya tikilməsi yaxşı olardı”.

“Unikal” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.

Deputat bildirib ki, Lökbatana metro stansiyasının çəkilməsi də faydalı olardı.

F.Ağamalı qeyd edib ki, xəstəxananın qarşısında avtomobil saxlanılması üçün güzəşt tətbiq olunsun: “Xəstəxananın qarşısına gedirsən, avtomobili saxlayıb düşən kimi cərimə olunursan. Olmazmı ki, xəstəxananın və digər müəssisələrin qarşısına avtomobil saxlanılması üçün 3 dəqiqə intervalında güzəşt tətbiq olunsun”, – deyə o əlavə edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər