Bakı–Sumqayıt istiqamətində yeni marşrut xətti istifadəyə verildi

225

Bakı–Sumqayıt istiqamətində yeni 503 nömrəli marşrut xətti istifadəyə verildi

Bakı Beynəlxalq Avtovağzal Kompleksini Sumqayıt şəhəri ilə birləşdirən yeni 503 nömrəli marşrut xətti istifadəyə verilib. Sentyabrın 15-dən istismara verilən marşrut xətti üzrə müasir və komfortlu avtobuslar sərnişinlərin xidmətinə təqdim olunub.

Yeni marşrut xətti üzrə gedişhaqqı 0.70 AZN müəyyən edilib. Sərnişindaşıma xidməti yalnız nağdsız ödəniş sistemi vasitəsilə həyata keçirilir ki, bu da xidmətin daha sürətli və rahat təşkilinə imkan yaradır.

503 nömrəli marşrut xəttinin istifadəyə verilməsi Bakı və Sumqayıt arasında ictimai nəqliyyat əlaqəsinin daha da yaxşılaşdırılmasına xidmət edəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər