Dünən axşam saatlarında Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən sərnişin qatarına Zabrat-Pirşağı sahəsindən keçərkən daş atılıb.
Trend ADY-yə istinadən xəbər verir ki, nəticədə qatarın içində sərnişinlərin olduğu 2-ci vaqonunun pəncərələrindən biri sınıb.
Qeyd olunub ki, bu ilin yanvar-sentyabr aylarında ADY-nin qatarlarına hərəkətdə olarkən 36 dəfə daş atılıb.
Xatırladırıq ki, bu qanunsuz və məsuliyyətsiz hərəkəti edənlər müvafiq qaydada tapılır və qanunvericilik əsasında cəzalandırılırlar.
ADY bir daha hamımızın sərvəti olan qatarları qorumağa, təhlükəsiz səfərlər üçün həmrəy olmağa çağırır.


Müzakirə qapadılmışdır.