Bakı-Sumqayıt yolunda qəza - Sumqayıt xəstəxanasına çatdırılsa da...

2168

Abşeronda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

sumqayitxeber.com-un report-a istinadən məlumatına görə, əslən Füzuli rayonundan olan 1980-ci il təvəllüdlü Ocaqverdiyev Mahir Bayram oğlu Bakı-Sumqayıt yolunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində yolu keçmək istəyərkən qarşı tərəfdən gələn naməlum avtomobil tərəfindən vurulub.

Sürət həddi o qədər yüksək olub ki, avtomobil Mahir Ocaqverdiyevi vuraraq təxminən 50 metr kənara atıb. Daha sonra naməlum avtomobil hadisə yerindən uzaqlaşıb.

Yaralı dərhal Sumqayıt şəhər TTYX-ya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər