Bakıda nadir əməliyyat: Palatada cəmi bir gün…

1258

Azərbaycanda mədəciklərarası çəpərin defektinin qapalı üsulla bağlanması əməliyyatı keçirilib.

Teleqraf.com xəbər verir ki, unikal əməliyyatı Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) nəzdində Bakı Ürək Mərkəzinin cərrahı Rəşad Mahmudovun rəhbərlik etdiyi həkim komandası icra edib.

Rəşad Mahmudovun rəhbərliyi altında çalışan həkim pediatrik-kardioloq Mədinə Yüzbaşova bildirib ki, 18 yaşlı xəstə Bakı Ürək Mərkəzinə müraciət edib: “Xəstə müayinə olunduqdan sonra onda anadangəlmə ürək qüsuru – posterior muskulyar mədəciklərarası çəpərin defekti diaqnozu qoyulub və qapalı üsulla bağlanması uyğun görülüb.

Ötən il oktyabrın 12-də xəstəyə ölkədə ilk dəfə bu Mərkəzdə yaradılmış hibrid əməliyyatxanada yerli və xarici mütəxəssislərdən ibarət peşəkar komanda tərəfindən iki saata yaxın davam edən mədəciklərarası çəpərin defektinin amplatzer cihazı ilə bağlanması icra olunub.

Kəsiksiz, damardan daxil olmaqla aparılan əməliyyatdan sonra heç bir fəsadlaşma müşahidə olunmayıb, xəstə palataya köçürülüb və səhər evə yazılıb”.

Azərbaycanda bu günə kimi Posterior Muskulyar mədəciklərarası çəpərin defekti diaqnozu qoyulmuş xəstələrdə açıq ürək əməliyyatı həyata keçirilirdi. Bu zaman xəstə bir həftəyə kimi xəstəxanada qalır, evə yazıldıqdan sonra isə bir ay ərzində fiziki gərginlik baxımından bir sıra məhdudiyyətlər qoyulurdu. Açıq ürək əməliyyat sonra bir sıra fəsadların müşahidə olunması ehtimalı var.

Mədəciklərarası çəpərin defektinin qapalı üsulla bağlanması əməliyyatının unikallığı isə məhz ondadır ki, əməliyyatın növbəti günü xəstə evə yazılır, fiziki gərginlikdə məhdudiyyətlərə gərək qalmır, bundan sonra xəstə yalnız planlı kardioloji müayinələrə gəlir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər