Bakıda salınan yeni körpünün inşasında Sumqayıt şirkəti iştirak edir – FOTOLAR

1151
“Bakı Ağ Şəhər” Zaman meydanı layihəsi çərçivəsində inşa edilən piyada körpüsünün 8 ədəd seqmenti STP qrupa daxil “SOCAR STP” şirkətində hazırlanıb. Layihəyə əsasən uzunluğu 237, eni 7-14 metr olan körpünün 8 seqment vasitəsilə bir dayaq üzərində salınması nəzərdə tutulur. Seqmentlərin diametri 3, uzunluğu 15 metr təşkil edir. Sözügedən dayaq Şərq və Qərb ayaqlarından ibarət olan qoşa dayaq üsulu ilə qurulur.
Qeyd edək ki, piyadalar körpünün üst qatı vasitəsilə cənubda “Baku City Mall” alış-veriş mərkəzinin 3-cü mərtəbəsinə, şimalda “Bakı Ağ Şəhər”də yerləşən Fəvvarələr meydanı və 1-ci Fəvvarələr küçəsinə, alt qatı vasitəsilə isə Nobel prospektində yerləşən Zaman meydanına çıxmaq imkanını əldə edəcəklər. Həmçinin “Ağ Şəhər” metro stansiyasına rahat hərəkəti təmin etmək məqsədilə körpüdə eskalator və liftlər inşa ediləcək.
STP Şirkətlər Qrupuna daxil “SOCAR STP” şirkəti separatorlar, yüksək gərginlikli elektrik qülləli işıq dirəkləri, 200 tona qədər yerüstü kranlar, portal kranlar, dəniz kranları, istilik dəyişdiricilər, flanslar (dupleks, blind), dişli çarxların və hazır sxemlər (cizgilər) əsasında bir çox detalların (3-5 oxlu Torna / Frezləmə) istehsalını həyata keçirir. Həmçinin ağır mühəndislik kimi xidmətlər təklif edir.

Bakıda salınan yeni körpünün inşasında Sumqayıt şirkəti iştirak edir - FOTOLAR

Bakıda salınan yeni körpünün inşasında Sumqayıt şirkəti iştirak edir - FOTOLAR

Bakıda salınan yeni körpünün inşasında Sumqayıt şirkəti iştirak edir - FOTOLAR

Bakıda salınan yeni körpünün inşasında Sumqayıt şirkəti iştirak edir - FOTOLAR

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər