“Komandamı təbrik edirəm. Hər iki komandaya təşəkkür edirəm ki, oyunun sonuna kimi bizi gərginlikdə saxladılar. Oyun son dərəcə gərgin keçdi. Bir səhv matçın müqəddəratını həll edə bilərdi”.
Bunu “Sumqayıt” futbol klubunun baş məşqçisi Samir Abbasov komandasının “Zirə” ilə keçirdiyi oyunla bağlı fikirlərini bölüşərkən deyib.
“İnanmıram ki, qol buraxsaydıq, geri dönüş edə bilərdik və ya qol vursaydıq qələbəni əldən verərdik. Əsas məqsədimiz səhv etməmək idi. Bu gün məqsəd uduzmamaq idi. Bunun da öhdəsindən gəldik. Yorğun olmalarına baxmayaraq, futbolçular var güclərini qoymuşdular. Bizim kimi komanda üçün səfərdə “Zirə”dən 1 xal almaq pis nəticə deyil”, – deyə baş məşqçi əlavə edib.
Qeyd edək ki, bu gün “Zirə” öz meydanında “Sumqayıt”ı qəbul edib. Qarşılaşmada qalib müəyyənləşməyib.
Müzakirə qapadılmışdır.