Gənclər günü münasibəti ilə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən ənənəvi olaraq hər il “İlin ən yaxşıları” açıqlanır, nominantlar təltif edilir. Bu il də belə oldu. Şəhər Gənclər və İdman Baş İdarəsi müxtəlif nominasiyalar üzrə şəhərin ən fəal gənclərini müəyyən edərək mükafatlandırdı. Bu münasibətilə bu gün Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində baş tutan tədbirdə 10-dan artıq gənc ayrı-ayrı nominasiyalar üzrə təltif edildi.
Mükafatçılar arasında biz də var idik. “İlin gənc jurnalisti” nominasiyası üzrə nominant “sumqayitxeber.com” saytının baş redaktoru Səbinə Dəniz oldu.
Xatırladaq ki, Səbinə Dəniz il ərzində ədəbi və yazı müsabiqələrin qalibi olub.
təbrik edirəm Səbinə xanım sizi. daha yüksək mükafatlar alasız