Bayram günlərində Sumqayıt Təcili Tibbi Təxirəsalınmaz Yardım Stansiyasına 2835 çağırış daxil olub

628

ovruz bayramı ilə əlaqədar martın 20-26-sında, qeyri-iş günlərində Sumqayıt Tibb Mərkəzinin Şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 2835 nəfər müraciət edib. Hər gün təxminən 400-dən çox çağırış qeydə alınıb.

Stansiyanın şöbə müdiri Famil Qaflanov AZƏRTAC-a bildirib ki, bayram günlərində kollektiv gücləndirilmiş iş rejimində çalışıb.

“Müraciətlər əsasında 223 nəfərin vəziyyəti nəzərə alınaraq xəstəxanaya yerləşdirilib. Onlardan səkkizi yol-nəqliyyat hadisəsi zamanı, yeddisi zəhərlənmə şübhəsi ilə daxil olub. Xəstəxanaya yerləşdirənlərin arasında uşaqlar da var. Belə ki, səhhətində yaranan problemə görə həkim briqadaları 196 çağırışa gedib. Uşaqların 54-ü hospitalizasiya olunub”, – deyə o qeyd edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər