Bayram günlərində Sumqayıtda güclü külək olacaq – ehtiyatlı olun

58

Sumqayıt sakinlərinə xəbərdarlıq: Küləkli hava şəraiti gözlənilir
Milli Hidrometeorologiya Xidməti dekabrın 31-i, yanvarın 1–2-də Bakıda, Abşeron yarımadasında, eləcə də ölkənin əksər bölgələrində küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq elan edib.
Xəbərdarlığa əsasən, qeyd olunan tarixlərdə küləyin sürətinin güclənəcəyi, bəzi ərazilərdə isə təhlükəli həddə çatacağı gözlənilir.
Bununla əlaqədar Sumqayıt şəhər sakinlərinə ehtiyatlı olmaları tövsiyə olunur. Güclü külək zamanı aşağıdakı təhlükəsizlik qaydalarına riayət etmək vacibdir:

  • Köhnə və zəif bərkidilmiş tikililərin, ağacların və elektrik dirəklərinin yaxınlığında dayanmaqdan çəkinin;
  • Avtomobilləri ağacların və reklam lövhələrinin altında saxlamayın;
  • Açıq havada olduqda diqqətli olun, xüsusilə bayram gecəsi tədbirlərində təhlükəsizlik qaydalarına əməl edin;
  • Fövqəladə hallarla qarşılaşdıqda müvafiq qurumlara məlumat verin.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər