Bəxtiyar Bəxtiyarova yeni vəzifə verildi

586

Unibankda yeni təyinat olub

“Unbank”ın biznes məhsulları və xidmətlərinin mikro və kiçik sahibkarlar üçün daha da əlçatan olması üçün Mikro kreditləşmə sahəsinin satış Mərkəzi yaradılıb.
Bank rəhbərliyinin qərarı ilə Bəxtiyar Bəxtiyarov yeni yaradılan Mərkəzin rəhbəri təyin edilib.

Bəxtiyar Bəxtiyarov bankçılıq sektorunda 17 ilə yaxındır ki fəaliyyət göstərir. Bu təyinatadək o, Accessbankda müxtəlif vəzifələrdə, son olaraq filial müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, Bəxtiyar Bəxtiyarov Sumqayıt şəhəri 20 nömrəli orta məktəbdən məzun olub, yerli və bir sıra nüfuzlu xarici universitetlərdə təhsil alıb. Türkiyənin Boğaziçi Universitetində Mini MBA təhsilini bitirib.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər