Sumqayıt şəhər 5 nömrəli tam orta ümumtəhsil müəssisəsində Uşaq Səfirlər Məclisinin Sumqayıt şəhəri üzrə nümayəndələri Günay Hüseynli və Məhəmməd Quliyevin təşəbbüsü ilə “Bir əsrə sığmayan ömür – Ulu Öndər Heydər Əliyev” adlı anım tədbiri təşkil olunub.
Tədbirdə Sumqayıt şəhəri üzrə təhsil sektorunun müdiri İman Ağayev, Sumqayıt Dövlət Universitetinin prorektoru Elmar Xəlilov və Tədrisin keyfiyyəti sektorunun məsləhətçisi Aydan Bağırova iştirak ediblər.
Çıxışçılar Ulu Öndər Heydər Əliyevin həyatı, çoxşaxəli fəaliyyəti və Azərbaycan dövlətçiliyinin inkişafı naminə göstərdiyi misilsiz xidmətlər barədə ətraflı məlumat veriblər.
Tədbir çərçivəsində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən slayd nümayiş etdirilib, şagirdlər və Məclis üzvləri tərəfindən mövzu ətrafında fikir mübadiləsi aparılıb.





Müzakirə qapadılmışdır.