Böyük Qayıdış proqramı Zəngilanı regionun inkişaf mərkəzinə çevirir

230

Zəngilan Azərbaycanın tarixində xüsusi yer tutan şəhərlərdən biridir, 2020-ci ilin Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş bu şəhər xalqımızın birlik, qəhrəmanlıq və əzmkarlıq simvoluna çevrilmişdir, azad olunmuş Zəngilanın bərpası və yenidən qurulması dövlətimizin prioritet siyasəti kimi həyata keçirilir, şəhərin dağıdılmış infrastrukturunun yenidən qurulması üçün genişmiqyaslı proqramlar təsdiqlənmiş və ölkəmizin ən təcrübəli mütəxəssisləri bu layihələrdə iştirak etmişdir, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində Zəngilan şəhərinin yenidən qurulması sürətlə davam edir, şəhərdə müasir yaşayış məhəllələri, yollar, enerji və su infrastrukturu bərpa edilir, eyni zamanda ictimai iaşə və ticarət obyektləri tikilir, şəhərin mərkəzi və kənd ərazilərində abadlıq işləri sürətlə aparılır, bu prosesdə Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi və Heydər Əliyev Fondunun təşəbbüsləri xüsusi rol oynayır, bu fondun dəstəyi ilə Zəngilan şəhər məscidi tamamilə bərpa olunmuşdur və qədim memarlıq üslubuna uyğun şəkildə yenidən tikilmiş, mayın 18-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə məscidin açılışı olmuş, bu hadisə şəhərdə dini-mənəvi həyatın bərpası və mədəni irsin qorunması baxımından əhəmiyyətli mərhələ kimi tarixə düşmüşdür.
Zəngilan həmçinin coğrafi mövqeyi ilə diqqət çəkir və Cənubi Qafqazın mühüm nəqliyyat qovşaqlarından birinə çevrilmişdir, Horadiz–Ağbənd dəmir yolu, avtomobil yolları və körpülər regionun beynəlxalq tranzit əhəmiyyətini artırır, Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə verilmiş və bu, Qarabağ və Şərqi Zəngəzurun beynəlxalq nəqliyyat əlaqələrini təmin edən əsas mərkəzə çevrilmişdir, şəhər və rayonun tranzit rolu Zəngəzur dəhlizinin tam mərkəzində yerləşməsi ilə bir daha vurğulanır və Azərbaycanın regionda logistika üstünlüyünü möhkəmləndirir, bu infrastruktur layihələri həmçinin iqtisadi inkişaf və turizmin genişlənməsi üçün zəmin yaradır, bu baxımdan Zəngilanın mühüm nəqliyyat və tranzit qovşağı olması Azərbaycanın regional əməkdaşlıq strategiyasının əsasını təşkil edir.
Zəngilanın turizm potensialı da inkişaf etdirilir, şəhər və rayonun təbiət möcüzələri, dağları, çayları və meşə zolaqları ekoturizm üçün geniş imkanlar yaradır, Bəsitçay Dövlət Təbiət Qoruğu, Araz çayı boyunca mənzərəli ərazilər, qədim abidələr və zəngin mədəni irs turistlərin diqqətini çəkir, hazırda Zəngilan İstirahət Kompleksi tikilir, turizm infrastrukturu inkişaf etdirilir, kənd turizmi layihələri həyata keçirilir və yaşıl turizm zonası elan edilmişdir, bu isə həm daxili turizmin canlanmasına, həm də xarici turistlərin cəlb olunmasına şərait yaradır.
Zəngilanda kənd təsərrüfatı sahəsində də pilot layihələr həyata keçirilir, Ağalı kəndində “ağıllı kənd” layihəsi müasir texnologiyalar və rəqəmsal idarəetmə ilə tətbiq edilir, burada günəş enerjisi ilə işləyən evlər, ağıllı suvarma sistemləri və müasir kənd təsərrüfatı metodları tətbiq olunmuşdur, bu model digər rayonlarda da təcrübə kimi tətbiq edilə bilər və Azərbaycanın kənd təsərrüfatında innovativ yanaşmasını nümayiş etdirir, beləliklə, Zəngilan həm şəhərsalma, həm turizm, həm də aqrar sahədə nümunəvi inkişaf zonası kimi formalaşır.
Prezident İlham Əliyevin Zəngilana səfərləri bu bərpa prosesinin sürətlənməsində əsas rol oynayır, 29 sentyabr 2023-cü ildə Prezident İlham Əliyev 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda iştirak etmiş, burada şəhərsalma və bərpa layihələrinin əhəmiyyəti vurğulanmışdır, 18 may 2024-cü ildə Prezident İlham Əliyev Ağalı kəndində “Ağalı” hotelinin açılışında iştirak etmiş, Mincivan qəsəbəsinin təməlqoyma mərasimində olmuş, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Zəngilan” və “Şayıflı” Su Elektrik Stansiyalarının açılışında iştirak etmiş, Zəngilan məscidinin açılışını etmiş və şəhərin daxili yol-kommunikasiya şəbəkəsinin təməlqoyma mərasimində iştirak etmişdir, 3 oktyabr 2024-cü ildə isə Prezident İlham Əliyev “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak etmiş, beşinci və altıncı yaşayış komplekslərinin təməlqoyma mərasimi ilə tanış olmuş, 104 mənzilli yaşayış kompleksinin tikintisi ilə tanış olmuş, Zəngilan İstirahət Kompleksində aparılan tikinti işlərini qiymətləndirmiş və “Sarıqışlaq” Su Elektrik Stansiyasının açılışında iştirak etmişdir, bütün bu səfərlər Zəngilanın sürətli və sistemli bərpasını təmin etmişdir.
Böyük Qayıdış proqramı çərçivəsində Zəngilan şəhərinin yenidən qurulması sürətlə davam edir, şəhər müasir infrastruktura malik yaşayış məhəllələri ilə zənginləşdirilir, enerji və su təminatı yüksək standartlara uyğun bərpa edilir, yeni ticarət, iaşə və ictimai obyektlər tikilir, şəhərsalma və abadlıq işləri ilə yanaşı, ekoloji və mənəvi-mədəni mühitin qorunması prioritet kimi nəzərə alınır, Heydər Əliyev Fondu tərəfindən bərpa olunan məscidlər, tarixi abidələr və mədəni obyektlər şəhərin simasını dəyişir, Zəngilanın tarixi irsi qorunaraq modern infrastrukturla birləşdirilir, bu isə bölgənin həm sosial, həm iqtisadi, həm də mədəni inkişafına töhfə verir.
Zəngilan həmçinin kənd təsərrüfatı sahəsində pilot layihələr, turizm və enerji infrastrukturunun inkişafı ilə Azərbaycanın regiondakı strateji rolunu gücləndirir, şəhərin logistika və nəqliyyat mərkəzi kimi rolu Zəngəzur dəhlizinin tam mərkəzində yerləşməsi ilə daha da əhəmiyyətli olur, bütün bu layihələr regionda iqtisadi əlaqələrin güclənməsinə, iş yerlərinin yaradılmasına və əhalinin həyat səviyyəsinin yüksəlməsinə imkan yaradır, həmçinin bu inkişaf layihələri Azərbaycanın milli birliyini, dövlətin gücünü və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyində həyata keçirilən sistemli siyasətin uğurlarını nümayiş etdirir.
Zəngilanın bərpası və yenidən qurulması, tarixi irsinin qorunması, turizm, kənd təsərrüfatı, enerji və nəqliyyat sahəsində həyata keçirilən layihələr Azərbaycan Respublikasının bölgədə nüfuzunu və davamlı inkişaf modelini göstərir, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqəti sayəsində Zəngilan həm tarixdən gələn mədəniyyətini qoruyur, həm də müasir infrastrukturla bölgənin strateji və iqtisadi mərkəzinə çevrilir, bütün bunlar 20 Oktyabr – Zəngilan Şəhəri Günü kimi əlamətdar bir gündə xalqımızın yaddaşında qalan qələbə və dirçəliş simvolunu daha da gücləndirir.

Elvin Əlizadə,
YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər