Bu gündən başlayaraq yaşından asılı olmayaraq bütün təhsil işçilərinin vaksinasiyasına başlanılıb.
Bu barədə Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edək ki, ötən həftə sonu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində “Pandemiya dövründə tədrisin təşkili”nə həsr olunan canlı yayımda bildirmişdi ki, bu həftədən bütün təhsil işçiləri yaşından asılı olmayaraq vaksinasiya olunacaq:
Nazir qeyd edib ki, fevralın sonundan müəllimlərin kütləvi vaksinasiyasının nəticəsini aprelin sonunda, may ayında görəcəyik: “Proses sürətlə davam edir. Vaksinlərdən qorxmaq lazım deyil. Xüsusilə də müəllimlərin vaksinasiyası çox vacibdir”.