Sumqayıt şəhəri Vaqif İbrahim adına 35 nömrəli tam orta məktəbin 4 sinfi qəbul imtahanında 100 faiz nəticə göstərərək böyük uğura imza atıb.
Bu uğur təhsil ocağı üçün bir ilk kimi qiymətləndirilir. Şagirdlərin yüksək nəticə göstərməsi həm məktəb kollektivinin, həm də valideynlərin fədakar əməyinin göstəricisi hesab olunur.
Məktəb rəhbərliyi bildirib ki, bu nailiyyət müəllimlərin peşəkarlığı və şagirdlərin səylərinin nəticəsidir. Onlar gələcək illərdə bu uğurların davamlı olacağına və daha yüksək göstəricilərin əldə ediləcəyinə ümid etdiklərini vurğulayıblar.
Qeyd edək ki, bu nəticə Sumqayıtda təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan addımların da bariz nümunəsidir.
Müzakirə qapadılmışdır.