Buraxılış imtahanları iyunda olacaq

1233

“İyun ayının əvvəlində respublika fənn olimpiadalarının final mərhələsi təşkil olunacaq.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Təhsil naziri Ceyhun Bayramov deyib.

DİM rəhbəri Məleykə Abbaszadə bildirib ki, karantində olan 3 ay ərzində 15 imtahan təxirə salınıb: “İyun ayında 9-cu sinif üzrə buraxılış imtahanları bir mərhələdə keçiriləcək. Martın 1-də Bakı, Şirvan və Naxçıvanda imtahan keçirilmişdi. Digər bölgələr üzrə şagirdlər yalnız ikinci mərhələdə iştirak edəcək. Bu mərhələ üzrə maksimum bal hər fənn üzrə 70 deyil, 100 bal hesablanacaq. Bir auditoriyada 12-15 şagird olacaq”.

DİM rəhbəri Məleykə Abbaszadə deyib ki, 11-ci sinif şagirdlərinin buraxılış imtahanları da iyun ayında keçiriləcək: “Mart-iyun ayında nəzərdə tutulan mövzular imtahana salınmayacaq” .

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər