Çeynəmə dişləri necə qoruyaq?
“AQS dental center” Klinikasının uşaq –stomatoloqu Sara Abdullayeva bildirdi ki, istər böyüklərdə, istərsə də uşaqlarda ağız boşluğnda çənənin arxa hissəsində yerləşən azı, yəni çeynəmə dişləri qorumaq çox vacibdir. Bəs biz onlara həmişə düzgün qulluq edə bilirikmi? Ən azından dişləri həmişə yaxşı fırçalamaq mümkündür. Dişlərin anatomik quruluşuna baxdıqda çeynəmə səthində təbii çökəklər olduğunu görə bilərik və bu çökəklərdə fırçalama düzgün aparılmadıqda yığılmış ərplər tezliklə çürüməyə, yəni kariyesin əmələ gəlməsinə səbəb olur.Öyümə refleksi güclü olan şəxslərdə bu proses daha sürətli ola bilir. Profilaktik olaraq bütün bu proseslərin qarşısını almaq üçün həm dişin üst qatını möhkəmləndirən, həm də çökəkləri dolduran xüsusi fissuritlər ( silantlar ) istifadə olunur. Tam ağrısız, keyidici istifadə etmədən qısa müddət ərzində bu prosedur 6 yaşdan yuxarı hər kəsə məsləhət görülür.
Sumqayıtlılar illərdir bu müalicə ve prosedurlardan “AQS dental center”də faydalanırlar.
Müzakirə qapadılmışdır.