Çin Beynəlxalq İqtisadi Əməkdaşlıq Assosiasiyasının nümayəndəsi Van Veyveyin rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında olub.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, qonaqlar əvvəlcə agentliyin rəhbərliyi ilə görüş keçirib. Görüş çərçivəsində tərəflər arasında iqtisadiyyat və sənayenin müxtəlif sahələrində qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması, birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib, Çin şirkətləri sənaye zonalarında, xüsusilə də işğaldan azad edilmiş ərazilərdə yaradılan sənaye parklarında mövcud əlverişli biznes imkanlarından yararlanmağa dəvət edilib.
Daha sonda qonaqlar Parkda görülmüş işlərlə, buranın rezidentləri “Azərbaycan Vanhong Ceramics Co.” MMC-nin Keramik plitələr və “SOCAR Polymer” MMC-nin Polipropilen (PP) və Yüksək sıxlıqlı polietilen (YSPE) istehsalı müəssisələrinin fəaliyyətləri ilə tanış olublar.
Müzakirə qapadılmışdır.