COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir

646

Ölkəmiz müasir dünyada özünə layiqli yer tutmaqla yanaşı əməkdaşlıq, təhlükəsizlik, ekologiyanın qorunması və s. sahələrdə də kifayət qədər fəallıq nümayiş etdirməkdədir. Möhtərəm Cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz böyük tədbirlərə uğurla ev sahibliyi edir, xarici ölkələrdə təşkil olunan  beynəlxalq toplantılarda fəal şəkildə iştirak edir. Bütün bunlar Azərbaycan Respublikasının beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir.

Cənab İlham Əliyevin 26 aprel 2024-cü il tarixində Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına verdiyi müsahibədə maraqlı fikirlər yer almışdı. Ölkə başçımız öz müsahibəsində bildirdi ki, biz bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaratmaq istəyirik. Bizim Qoşulmama Hərəkatında körpü rolunu oynamaqda böyük təcrübəmiz var. Hərəkata dörd il sədrlik etdik və 120 üzv ölkə ilə biz həqiqətən də böyük tərəqqiyə nail olduq. Biz Avropa İttifaqına üzv olan ölkələrlə fəal işləyirik. Üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannaməni imzalamışıq və qəbul etmişik. Avropadakı, Qoşulmama Hərəkatındakı iştirakımızla bağlı dediklərimdən əlavə, biz həm də OPEC+ üzv ölkəsiyik. Biz COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil edən ölkələrlə işləyirik. Neft hasil edən ölkələr, xüsusilə neftin qiyməti yüksək olanda problemin öhdəsindən gəlmək üçün daha çox ödəniş etməli və daha çox töhfə verməlidir. Hesab edirəm ki, həmrəylik maliyyələşmənin və necə uğur qazanacağımızın ayrılmaz hissəsidir.

Dövlət başçımız daha sonra öz müsahibəsində əlavə etdi ki, əgər yaşıl dünyaya doğru əlavə və davamlı olan konkret addımlar ata bilsək, bu, ən vacib miras olacaq. COP üçün yenilik olan bir təşəbbüs bizim tərəfimizdən irəli sürülmüşdür. Üçlük, üç ölkə mexanizminin yaradılması. Burada məqsəd bu üçtərəfli əməkdaşlıq formatını yaratmaq üçün BƏƏ-nin, Azərbaycanın və sonra Braziliyanın təcrübəsindən istifadə etməkdir. Çünki hər üç ölkə müxtəlif regional, iqtisadi, siyasi və sair məsələlərdə iştirak edir. Beləliklə, biz qarşılıqlı səylər, həmrəylik göstərməli, bir-birimizi günahlandırmağı dayandırmalıyıq. Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir, kiçik və inkişaf etməkdə olan ölkələr inkişaf etmiş böyük ölkələrə “siz iqlim fəlakətinə görə məsuliyyət daşıyırsınız” deməklə onlara qarşı tələblər irəli sürməməlidirlər. Beləliklə, bu, diplomatiyadır, siyasətdir, maliyyədir və əlbəttə ki, ev sahibi ölkəsi kimi biz bunun üçün bir platforma yarada bilərik.

COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Ekoloji problemlərin müasir dünyada qlobal xarakter alması Yaşıl Enerjiyə olan tələbatı daha da aktuallaşdırır. Bu baxımdan Azərbaycan Respublikasının qeyd olunan istiqamətdə atdığı addımlar dünya birliyi tərəfindən də müsbət qarşılanır. Azərbaycan şərq ilə qərb, Avropa ilə Asiya dövlətləri arasında səmərəli, qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına əvəzsiz töhvələr verir və hal-hazırda da verməkdədir. Ölkəmiz qlobal problemlərin həllinə yüksək həssaslıqla yanaşır və Yaşıl Enerjiyə keçidlə bağlı tutduğu mövqeyə hər zaman sadiqdir. Bu Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin iradəsi və xalqımızın xoşməramlı mövqeyidir.

Nigar Qocayeva,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər