Bu il bütün dünya Bakıda qlobal iqlim fəaliyyəti gündəliyini müzakirə etmək üçün Bakıda, COP29 –da bir araya gələcək.
COP29 dünya ictimaiyyətini səfərbər edəcək qərarların verilməsi baxımından həlledici hadisə olacaq. Dünyanın 80 faizinin iqlim dəyişikliyindən əziyyət çəkdiyi bir vaxtda Bakıda təşkil olunacaq bu vacib platformada problemin həlli yolları müzakirə olunacaq. Məlumdur ki, COP29-un əsas müzakirə mövzusu iqlim maliyyəsidir və Bakıda yeni kəmiyyət hədəfinin formalaşdırılması nəzərdə tutulur. Azərbaycanın məqsədi yalnız milli deyil, qlobal səviyyədə də yeni yanaşmalar və innovativ həll yolları təklif etməkdir. Azərbaycan COP29-un ev sahibi kimi 14 əsas təşəbbüs irəli sürüb. Yeri gəlmişkən, inklüzivlik də COP29 sədrliyinin mühüm prinsiplərindən biridir. Ev sahibi olaraq COP29-da inklüzivliyi prioritetləşdirmək, həllərin həm ədalətli, həm də bərabər olmasını təmin etmək əsas hədəflərdən biridir. Azərbaycan sədr kimi proses boyu inklüzivliyə tam sadiqlik nümayiş etdirir.
COP29-un gündəliyi proqnozlaşdırılabilən, aydın hədəflərə, məqsədlərə, nəticələrə köklənmiş gündəlikdir.
Təsadüfi deyil ki, sentyabrın 20-24-də BMT-nin Nyu-Yorkdakı baş qərargahında keçirilmiş “Gələcəyin Sammiti”nin iştirakçıları olan 22 ölkədən 44 QHT nümayəndəsi iqlim ədaləti fəalları kimi müxtəlifliyi, inklüzivliyi və gender bərabərliyini təşviq edən gündəmin təbliğində COP29 Sədrliyinə dəstək sərgiləyiblər.
İqlim dəyişmələri hər kəsə təsir edir. Amma hesab edirəm ki, onun nəticələri əsasən yerli icmalara və xalqlara, həssas ölkələrə daha çox zərər vurur. Buna görə də bu kateqoriyanın səsi daha ucadan eşidilməli, onlar nəticələrin formalaşmasında fəal iştiraka cəlb olunmalıdır. Eyni zamanda COP29-da təbii sərvətləri talan olunan xalqların neokolonializmdən əziyyət çəkdikləri dünyanın diqqətinə çatdırılmalıdır. Kiçik ada dövlətlərinin COP29-da iştirakı həm bu ölkələr, həm də inklüzivliyin təmin olunması nöqteyi-nəzərindən beynəlxalq ictimaiyyət tərəfindən də müsbət qarşılanır. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, biz inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında körpü rolunu oynamaq və COP29 çərçivəsində bu prosesi konsensusa aparmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik. İqlim dəyişikliyi ilə mübarizəni müştərək öhdəlik, mənəvi borc və dayanıqlı inkişaf üçün əvəzolunmaz fürsət kimi görmək indi daha vacibdir.
Ötən həftə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində də effektiv müzakirələr davam etdi.
Bu gün dünya COP29-a bütün insanların hüquqlarına hörmət edən, gələcək nəsillər üçün planetimizi qoruyan davamlı gələcəyə töhfə verən platforma kimi yanaşır. COP29-un əsas mesajlarından biri də budur ki, bütün bəşər siyasi fərqliliyi bir kənara qoymalıdır. COP29 Sədrliyi rəsmi olaraq öz flaqman təşəbbüsünə – COP Atəşkəs Çağırışına da start verib. Bütün tərəflər siyasi çətinliklərə rəğmən birlik olmağa, COP29-un keçirildiyi 1 ay ərzində atəşkəsə əməl etməyə çağırılıb.
Çünki münaqişələr nəticəsində ekosistemin məhv edilməsi və ətraf mühitin çirklənməsi iqlim dəyişməsini daha da gücləndirir və planeti qorumaq üçün göstərilən səyləri zəiflədir.
COP həm də bəşər həmrəyliyinin simvoluna çevriləcək, hamı üçün daha təhlükəsiz, firavan və davamlı gələcək naminə platforma kimi tarixə düşəcək. Biz yalnız sülh və iqlim fəaliyyətinə üstünlük verməklə planetimizi gələcək nəsillər üçün qoruya bilərik!
Azərbaycan sərbəst, azad təşəbbüslər ölkəsidir. COP 29 ilqim məsələlərinin müzakirə olunduğu ən effektiv platformadır və bu tədbirin siyasiləşdirilməsi yolverilməzdir.
Azərbaycan Prezidenti prinsipial, qətiyyətli və ədalətli liderdir. COP29-da Azərbaycanın yanında olmayan ölkə və siyasi liderlər, sülhün, həmrəyliyin, ədalətin, planetin xilasının yanında deyillər.
Nigar Məmmədova,
Milli Məclisin deputatı
Müzakirə qapadılmışdır.