Sumqayıt şəhər İcra Hakimiyyətinin Corat qəsəbəsi üzrə nümayəndəliyinin və Abşeron-Xızı regional təhsil idarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər 7 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə tədbir təşkil olunub.
Tədbirdə şəhid ailələri qazilər,icra hakimiyyətinin nümayəndələri və məktəb kollektivi iştirak edib.
Ədəbi bədii kompozisiyalar nümayiş olunub.
Vurğulanıb ki, Prezident İlham Əliyevin sərəncamı ilə bu il ölkəmizdə Heydər Əliyev ili elan olunub. Ulu öndərin 100 illiyi ilə bağlı qəsəbədə müxtəlif səpkili tədbirlər təşkil olunub və davam etdirilməkdədir. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən siyasi kurs uğurla davam etdirilir. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin əsas məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etmək idi. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə üzrə nümayəndəsi Elvaris Əliyev, məktəbin direktor əvəzi Nuranə Hümbətova, Ulu öndərimizin müstəqil Azərbaycan dövlətinin yaradılmasında, müstəqilliyimizin qorunmasında, iqtisadiyyatın inkişafında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun gücləndirilməsi istiqamətindəki fəaliyyəti barədə geniş məlumat veriblər.
Müzakirə qapadılmışdır.