Daha bir iqtisadçıdan Tahir Mirkişiliyə dəstək

1494
“Tahir Mirkişilini mən hər şəraitdə ləyaqətini qorumağı bacaran şəxsiyyət, elmə və kitaba dəyər verən ziyalı, professional iqtisadçı kimi tanımışam“.
Azərbaycanda və ölkəmizdən kənarda müxtəlif tanınmış ali təhsil ocaqlarında dərs demiş, xeyli sayda elmi məqalə və kitabın müəllifi, iqtisadçı Dr. Kənan Aslanlı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Çox vurğulanmasa da, bu gün minlərlə insanın işini asanlaşdıran bir çox elektron hökumət layihələrinin həyata keçirilməsində yaxından iştirak edib. Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri kimi mərkəzi icra hakimiyyəti orqanları ilə işin daha effektiv qurulması yönündə Tahir müəllimin önəmli xidmətləri olub. Ölkə iqtisadiyyatının qarşısında duran çağırışların ortadan qaldırılması üçün səlahiyyətləri daxilində əlindən gələni bundan sonra da səmimi şəkildə edəcəyindən, beynəlxalq platformalarda ölkəmizi bundan sonra da layiqli təmsil edəcəyindən əminəm”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər