Azərbaycan milli komandasının sabiq üzvü Daniel Axtyamov yenidən Azərbaycana təşrif buyurub. Azərbaycanda “İnter”, “Gəncə”, “Olimpik”, “Simurq” kimi klublarda çıxış etmiş Axtyamov “Sumqayıt”ın düşərgəsində olub.
Klubdan verilən məlumata görə, Axtyamov qısamüddətli baxışda olub və geri qayıdıb. Onun qış fasiləsində yenidən gələcəyi gözlənilir. Əgər tərəflər razılığa gəlsələr, onunla müqavilə imzalanacaq.
Qeyd edək ki, Azərbaycan yığmasında 5 il oynamış forvard 13 oyuna çıxıb.Son olaraq, Rusiyanın “Titan” klubunda çıxış etmiş Daniel 10 illik peşəkar karyerasında 13 klub dəyişib.
Daniel Axtyamov “Sumqayıt”a keçə bilər
•
637
Müzakirə qapadılmışdır.