“Dəmir yumruq” tarixi ədaləti bərpa etdi

699

Bəşər tarixində ayları illəri, hətta yüz illəri əhatə edən müharibələr baş verib. Hər bir savaşın bəlli məqsədi və nəticələri olur. Müharibə tarixinə 44 gün ilə daxil olan Vətən Müharibəsinin də bəlli məqsədi var idi. Azərbaycan xalqı müharibənin, qan tökülməsinin əleyhinə olsa da, mənfur erməni təxribatının qarşısını almaq və müharibəyə qoşulmaq məcburiyyətində idi.
Uzun illər ərzində tarixi yurd yerləri yağı əlində yağmalansa da, beynəlxalq normalar çərçivəsində haqlı mübarizəsini aparan xalqımız 27 sentyabr 2020-ci ildə əks hücum əməliyyatına başladı.
44 gün davam edən Vətən müharibəsi 30 il isti nəfəsimizə tamarzı qalan yurd yerlərinin azad edilməsi ilə nəticələndi. Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuz tarix yazdı.
Azərbaycanın Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürdü, şanlı Zəfər qazandı və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.
Qələbəyə doğru gedən ötən dövr ərzində çoxşaxəli, prinsipial, dürüst xarici siyasətin yürüdülməsi, beynəlxalq təşkilatlar, xarici dövlətlərlə sıx əlaqələrin qurulması, eləcə də həyata keçirilən regional enerji və kommunikasiya layihələri ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyini xeyli gücləndirdi. Beləliklə, bölgədə Azərbaycan iradəsi həlledici amilə çevrildi. Qeyd etdiyimiz bu amillər, həmçinin, xalqın iradəsi, birliyi və müdrik rəhbərin bacarığı Azərbaycanın mütləq qələbəsini tam şərtləndirdi.
Tarixi qələbədən sonra Azərbaycan azad edilmiş ərazilərin bərpası və bölgədə infrastrukturun inkişafı üçün genişmiqyaslı proqrama start verildi. Gülüstana çevrilən vətənin hər qarışında həyat davam edir. 30 il məcburi köçkün həyatı sürən həmvətənlərimiz ata-baba torpaqlarında yaşayır, qurub-yaradır.
Azərbaycanın hərbi qüdrəti və beynəlxalq arenada qazandığı uğurları həzm edə bilməyən mənfur düşmən bu ilin 19 sentyabr tarixində yeni təxribata əl atdı.
Həmvətənlərimiz bu terror aktları zamanı şəhid oldu. Düşmənin növbəti təxribatı 24 saat ərzində tam dəf edildi və Azərbaycan tarixi torpaqlarında ədaləti bərpa etdi, müqəddəs bayrağımız yurdun səmasında qürurla dalğalandı.
Müsair Azərbaycanın banisi ümummilli lider Heydər Əliyev cənablarının layiqli davamçısı Azərbaycan xalqının iradəsini ifadə edən Prezident İlham Əliyev adını tariximizə əbədi yazdı. Tarixi qələbəmiz onun müdrik siyasətinin, xalq-rəhbər birliyinin nəticəsidir. Xalqına arxalanan müdrik rəhbərin qazancı uğur, qələbə, sevgi, etimaddır.
Bu gün biz qalib dövlətin vətəndaşlarıyıq. Bu qələbəni bizə yaşadanları hörmətlə yad edirik. Növbəti qələbə sevincini yaşamaq ümidi ilə şəhidlərimizin ruhunu dərin ehtiramla anırıq. Onları tarixin bir günü deyil, hər gün, hər an sevgi ilə xatırlayır və xatırladırıq. Xalqımız var olduqca şəhidlərimiz də yaşayacaq, inkişaf edən, möhkəmlənən Azərbaycanın hər bir uğuru onların adı ilə bağlı olacaq.
Səadət Allahverdiyeva
N.Gəncəvi adına Kitabxana Klubun böyuk mutəxəssisi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər