Bu gün fəaliyyətinin ikinci ilini tamamlayan Den.az xəbər portalı Azərbaycanın onlayn media məkanında özünəməxsus yerini möhkəmləndirib. 2023-cü ilin mayında fəaliyyətə başlayan portal qısa müddətdə operativliyi ilə oxucu rəğbətini qazanaraq aparıcı xəbər resurslarından birinə çevrilib.
İki il ərzində Den.az siyasət, iqtisadiyyat, təhsil, mədəniyyət, texnologiya və digər sahələri əhatə edən çoxsaylı materiallar, müsahibələr və analitik yazılar təqdim edib. Portal eyni zamanda sosial şəbəkələrdə aktiv fəaliyyəti və interaktiv layihələri ilə seçilir.
Den.az qarşıdakı dövrdə regionlarda müxbir şəbəkəsinin genişləndirilməsi, ingilis və rus dillərində versiyaların istifadəyə verilməsi, eləcə də rəqəmsal interaktivliyin artırılmasını hədəfləyir.
Müzakirə qapadılmışdır.