Azərbaycan dünyada xarici və iqtisadi siyasətin uğurlu inteqrasiyasını təmin edən azsaylı ölkələrdən biridir.
“Report” xəbər verir ki, bunu deputat Tahir Mirkişili Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin təşkil etdiyi elmi-praktik konfransda deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycanın iqtisadi maraqlarının səsini Avrasiya materikinin hər yerində eşitmək mümkündür: “Azərbaycanın dövlət suverenliyinin əsasında güclü siyasi iradə, dərin və müdrik idarəetmə, həmçinin praqmatik iqtisadi siyasət dayanır”.
O qeyd edib ki, neft gəlirlərinin səmərəli idarə olunması, qeyri-neft sektorunun inkişafı, sosial sabitliyin qorunması və beynəlxalq iqtisadi əməkdaşlıq siyasəti ölkəmizin müstəqil qərarvermə imkanlarını daha da gücləndirir.
Müzakirə qapadılmışdır.