Deputat Elnarə Akimova seçicilərlə görüşdü

483

6 mart 2025-ci il tarixində 46 saylı Sumqayıt beşinci seçki dairəsinin deputatı Elnarə Akimovanın seçicilərlə növbəti qəbulu baş tutdu. Görüş zamanı vətəndaşlar öz problemlərini, təkliflərini və onları narahat edən müxtəlif məsələləri deputata çatdırdılar.

Görüşdə iştirak edən vətəndaşların müraciətləri əsasən sosial təminat, məşğulluq, ünvanlı dövlət sosial yardımı və digər məsələlər ətrafında olub. Deputat hər bir müraciəti diqqətlə dinləyibvə nəzarətə götürüb.

Elnarə Akimova vətəndaşların müraciətlərini diqqətlə dinləyərək onların həlli istiqamətində müvafiq addımlar atacağını vurğulayıb. O, seçicilərin problemlərinin həllinə kömək etmək üçün davamlı olaraq çalışacağını qeyd edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər