sumqayitxeber.com məlumat verir ki, 42 saylı Sumqayıt II seçki dairəsindən Milli Məclisin deputatı seçilmiş Tahir Mirkişili Sumqayıtda həftəsonu təşkil edilən kənd təsərrüfatı məhsullarının satış-yarmarkasında olub. Bununla bağlı T. Mirkişili rəsmi”Facebook” səhifəsində öz fikirlərini paylaşıb:
“Yarmarkada olduq. Qiymətlələ taniş olduq. Alıcılarla söhbət etdik. Satıcıları dinlədik. Alıcıları düşündürən əsas məsələ qiymətlər, sahibkarları düşündürən əsas məsələ isə gəlirlər və bazardır. Sırf iqtisadi maraqlardan yanaşdıqda, hər ikisini başa düşmək olur. Amma bir də məsələnin mənəvi və strateji tərəfi var. Bu günkü hadisələr ağır xəstəliklərin baş verməməsi üçün vurulan peyvəndə bənzəyir. Bir az fəsadları olur. Ancaq daha da güclü edir. Bir-birimizə kömək etdikcə, sırf iqtisadi maraqlarımızı müəyyən müddətə kənara qoyunca, daha sağlam gələcək üçün zəmin hazırlamış oluruq. Azad sahibkarlığın inkişafı üçün artıq bir çox şərait yaradılmışdır və ya yaradılmaqdadır. Yerli istehsal məhsullarının qiymətlərinin artmaması üçün bir çox tədbirlər görülür və nəticələr vardır. Məsələn, un və çörəyin qiyməti kimi. İnsanlara bunları çatdırdıq.”
Deputat Sumqayıtda yarmarkada olub – FOTO
•
645
Müzakirə qapadılmışdır.