Dövlətçiliyimizin təməl prinsiplərinin əks olunduğu əsas sənəd – Konstitusiyamız

509

Dövlətçiliyə sahib olmaq Yer kürəsində yaşayan hər bir xalqın ən böyük arzusudur. Lakin bu arzunu gerçəkləşdirmək heç də hər bir xalqa nəsib olmur. Hətta müstəqillik qazanıldıqdan sonra da onu qoruyub saxlamaq və möhkəmləndirmək üçün sivil, ədalətli, milli və ümumbəşəri dəyərlərlə uzlaşan qanunların qəbul olunması tələb olunur. Sözsüz ki, bütün bunların təməlində də hər bir ölkənin Konstitusiyası dayanır. Bu baxımdan Azərbaycan Respublikası da istisna təşkil etmir. Dövlətçiliyimizin təməl prinsipləri Konstitusiyamızda öz əksini tapmışdır.

Azərbaycan Respublikası 1991-ci il 18 oktyabrda öz dövlət müstəqilliyini bərpa etdi və 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cumhuriyyətinin hüquqi varisi oldu. Hələ 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cumhuriyyəticəmi iki illik qısa bir müddət ərzində kifayət qədər demokratik qanunlar qəbul etmiş, şərqdə ilk dəfə qadına seçki hüququ verən dövlət olmuşdur. Azərbaycan Xalq CumhuriyyətininMilli Şurasında demək olar bütün partiya və fraksiyaların nümayəndələri təmsil olunurdu ki, bu da demokratiyanın sözün əsl mənasında təntənəsi idi.

12 noyabr 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. Bu xalqımız və dövlətçiliyimizadına əlamətdar hadisə idi. Konstitusiyamız ölkəmizin suverenliyini, müstəqilliyini, demokratik idarəçik prinsiplərinə sadiqliyini təsbit edir. Eyni zamanda burada xalqımız və vətəndaşlarımız üçün kifayət qədər geniş hüquq və azadlıqlar yer alıb. Azərbaycan Respublikasında hüquqi və demokratik dövlət quruculuğunun bütün əsas hüquqi bazası məhz Konstitusiyamızda öz əksini tapıb.

Unitar quruluşa malik olan ölkəmizdə həmrəylik dövlətçiliyimizin əsas təməl prinsipidir. Bu prinsip bütün siyasi, sosial, etnik və digər maraqlardan daha üstün sayılır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycançılıq ideologiyası və onun tərkib hissəsi olan Multikulturalizm siyasətidə məhz xalqımızın, vətəndaşlarımızın həmrəyliyini özündə ehtiva edir.

Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2016-cı il tarixli 2241 saylı Sərəncamı ilə “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsi 2016-cı il sentyabrın 26-da ümumxalq səsverməsinə çıxarıldı. Azərbaycan xalqı təklif olunan bütün dəyişiklikləri demək olar yekdilliklə dəstəklədi, çünki onlar ölkəmizdə dövlət idarəçilik mexanizminin təkmilləşdirilməsini, qanunlarımızın daha da demokratikləşdirilməsini,  vətəndaşlarımızın hüquq və azadlıqlarının genişləndirilməsini nəzərdə tuturdu. Cənab prezident İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşən bütün islahatlar yalnız bir məqsədə xidmək edir: dövlətimizin qüdrətinə, insanımızın rifahına.

Cavid Məmiyev, 

YAP Sumqayıt şəhər təşkilatının sədr müavini

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər