Dünyanın ən zəngin insanları bu şəhərlərdə yaşayır – Siyahı

302

2025-ci il üçün dünyanın zəngin insanlarının yaşadığı şəhərlərin siyahısı açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Henley & Partners” və “New World Wealth” birgə hesabat dərc edib.

ABŞ-nin 3 şəhəri TOP 5-də qərarlaşıb.

Belə ki, hesabata görə, Nyu-York 818 senti-milyoner (red.-sərvəti 100 milyon dollar və ya daha çox olanlar) və 66 milyarder daxil olmaqla, 384,500 yüksək sərvətli şəxslə birinciliyini qoruyub-saxlayıb.

Nyu-York

İkinci pilləni 342.400 milyonçu ilə San-Fransisko və ya Silikon Vadisi tutub.

Burada son 10 ildə varlı insanların sayında 98 faiz artım müşahidə edilib.

San-Fransisko

Yaponiyanın paytaxt şəhəri Tokyo 292.300 milyonçu ilə 3-cü yerdədir.

4-cü və 5-ci yerləri isə 242.400, 200.600 milyonçu ilə müvafiq olaraq Sinqapur və Los-Anceles bölüşür.

Sinqapur

Los-Anceles

Ümumilikdə isə Çin ABŞ-dən sonra ən zəngin insanların yaşadığı ölkədir. Belə ki, ilk əllilikdə Birləşmiş Ştatların 11, Çinin isə 6 şəhəri təmsil olunur.

Əvvəlki illərdə dünyanın ən zəngin şəhərlərindən biri olan London reytinqdəki enişini davam etdirir. 2024-cü ildə 5-ci yerə enən London bu il 215.700 milyonçu ilə 6-cı yerdədir.

London

Bundan başqa, Moskva da son 10 ildə 25 faiz geriləyərək 40-cı yerə düşüb. Bu iki şəhər siyahıda mənfi artım göstərən şəhərlər kimi seçilir.

Moskva

Hesabatda Türkiyə ilk 50-likdə yer almasa da, inkişaf etməkdə olan şəhərlərə malik ölkələrdən biri kimi təqdim edilib.

Belə ki, qardaş ölkədə ümumilikdə 40.200 milyonçu, 131 senti-milyoner və 16 milyarder yaşayır ki, onlardan 15.000 milyonçu, 58 senti-milyoner və 10 milyarderi təkcə İstanbulun payına düşür.

Hazırladı: Telli Minbir

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər