Bədənimizin hər hüceyrəsinə düşüncələrimiz və söylədiklərimiz qarşılıq verir. Necə düşündüyümüz, nə söylədiyimiz bədənimizin sağlıq və xəstəliyinə təsir edir. Pozitiv görünən biri bu görünüşünü xoşbəxt və sağlam düşüncələrilə yaratmışdır. Nur üzlü yaşlı insanın həyatinda nə olursa olsun, bütün yaşananlara fərqli düşüncə, müsbət ifadələr ilə yanaşdığı üçün bu görünüşü formalaşmışdır.
Xəstəliklərə səbəb olan düşüncələr hansılardır? Necə müsbət düşünərək xəstəliklərə təsir edə bilərik? Yeni düşüncələrimiz nece ola olar?
Ağciyər xəstəlikləri – həyati qəbul etməmək, gözəl həyatı yaşamağı özünə layiq görməmək, üzüntü;
Yeni düşüncə: həyatım çox gözəldir, bu gözəl həyatı yaşamaq mənim haqqımdır.
Allergiyalar – öz gücünü qəbul etməmək;
Yeni düşüncə: özümlə və həyatımla barışıq birisiyəm, dünyada güvənli dostlar var.
Alzheimer xəstəliyi – yaşamaq istəməmək, həyatı olduğu kimi qəbul etməmək;
Yeni düşüncə: hər şey öz doğru zamanını və məkanını gözləyir. Hər şey olması gərəkdiyi kimi olur.
Amneziya – qorxu , həyatdan qaçış, özünə güvənin zəif olması
Yeni düşüncə: zəkalıyam, cəsarətliyəm, dəyərliyəm. Bu həyatı yaşamağı sevirəm.
Anemiya- “Bəli,amma “ münasibəti, yaşamaq qorxusu, yetərli olmamaq duyğusu;
Yeni düşüncə: həyatı sevirəm, həyatda zövq alınacaq çox şey var.Həyatda yaşamağa dəyər.
Bağırsaq problemləri – köhnə və ehtiyacı olmayan nələrisə atmaqdan qorxmaq;
Yeni düşüncə: asanlıqla köhnələrdən uzaqlaşıb, həvəslə yeniləri qəbul edirəm.
Baş ağrısı – dəyərsizlik duyğusu, qorxu, özünü bəyənməmək;
Yeni düşüncələr – özümü sevirəm və olduğum kimi qəbul edirəm. Bütün işləri sevgi ilə edirəm.
Baş dönməsi – dağınıq düşüncə,
Yeni düşüncə – Həyatımla, dünya ilə barşığam. Güvən və xoşbəxtlik içindəyəm.
Boğaz xəstəlikləri – dəyişmə qorxusu, öz adına danışa bilməmək,
Yeni düşüncə: Özümü azad, sərbəst və sevgi ilə ifadə edirəm.Dəyişməyə hazıram. Yaradıcılıq qabiliyyətimi dəyərləndirirəm.
Boyun ağrıları – tərs, inadçı olmaq, problemlərə başqa tərəfdən baxmağı rədd etmək; Yeni düşencələr: Asanlıqla bir mövzuya hər tərəfdən baxa bilirəm.
Böyrək problemləri – utancaqlıq, uğursuzluq;
Yeni düşüncə: Doğru addım atıram.
Dəri problemləri – narahatlıq, qorxu, dərində basdırılmış təhlükə;
Yeni düşüncə – Özümü sevgi və barışıq düşüncələrlə qoruyuram. Keçmişi unutdum, bağışladım. İndi azadam.
Diş problemləri- uzun müddət qərarsız qalmaq, qərar vermək üçün düşüncələri analiz edə bilməmək;
Yeni düşüncə – Doğru qərarlar verdiyimə inaniram, qərarlarıma güvənirəm.
Göz xəstəlikləri – həyatda gördüklərindən xoşlanmamaq, özünü olduğu kimi görmək qorxusu, olub- bitəni görmək istəməmək, gələcək qorxusu;
Yeni düşüncələr: Özümü görməyi sevirəm. Gördüyüm həyatı sevirəm. Həyat sonsuzdur və həzz doludur. Gördüklərimdən zövq alıram. Gördüklərim mənə güvən verir.
Həyatı sağlam yaşamaq üçün insan öncə özünü sevməyi , özünə dəyər verməyi bacararaq,olub – bitən nə varsa qəbul edərək, baş verənlərlə barışıq olaraq, olan hadisələrə müsbət yanaşaraq daha xoşbəxt yaşaya bilər. Doğrudur, hadisələri, yaşanmışları dəyişə bilmərik. Amma daha pozitiv, daha olumlu düşünərək həyatımıza davam edə bilərik.
Psixopedaqoq, terapist Ülviyyə Əfəndiyeva
Müzakirə qapadılmışdır.