Sumqayıt şəhərinin 75 illik yubleyi münasibətilə hazırlanmış tədbirlər planına əsasən keçirilən “Əbədi Sumqayıt” müsabiqənin yekunlarına həsr edilmiş tədbir keçirilib.
Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Teymur Səmədov, Abşeron-Xızı Regional Təhsil İdarəsi, Sumqayıt şəhəri üzrə təhsil sektorunun müdiri İman Ağayev, RTİ əməkdaşları və təhsil işçiləri iştirak ediblər.
Teymur Səmədov çıxış edərək Sumqayıt şəhərinin keçdiyi inkişaf yoluna, şəhərin təhsil müəssisələrində gənclərin bu tarixə olan maraqlarını artırmaq üçün təşkil olunan bu tip tədbirlərin əhəmiyyətinə toxunub. O, belə müsabiqələrin gənc nəslə vətənpərvərlik ruhu aşılanmasında önəmli rol oynadığını qeyd edərək iştirakçılara uğurlar arzulayıb.
Müzakirə qapadılmışdır.